22 Sentyabr 2026
Xalq Bank avtokredit üzrə sərfəli şərtlər təqdim edir
Xalq Bank avtomobil sahibi olmaq istəyən müştərilər üçün yeni kredit kampaniyasına start verir. Kampaniya müddəti ərzində müştərilər avtomobil alışı üçün sərfəli şərtlərlə 250 000 AZN-dək kredit məbləğindən yararlana bilərlər. Kredit 59 ayadək müddətə və müddətdən asılı olmayaraq illik 12%-lə təqdim olunur.
Qeyd edək ki, kampaniya çərçivəsində ekoloji nəqliyyat vasitələrinə üstünlük verən müştərilər üçün də sərfəli şərtlər təqdim edilir. Belə ki, elektrik mühərrikli avtomobil almaq istəyən şəxslər illik 12%-lə kreditlə yanaşı, 20% ilkin ödəniş imkanından da yararlana bilərlər.
Kampaniya 31.05.2027-ci il tarixinədək davam edir.