1 Sentyabr 2025
Xalq Bank Beynəlxalq Proqramlaşdırma Müsabiqəsinin (ICPC) tərəfdaşıdır
31 avqust – 5 sentyabr 2025-ci il tarixlərində 49-cu Beynəlxalq Proqramlaşdırma Müsabiqəsinin (ICPC – International Collegiate Programming Contest) Dünya Finalı Azərbaycanda keçirilir. Rəqəmsallaşma təşəbbüslərini dəstəkləyən Xalq Bank bu mühüm qlobal tədbirin Azərbaycan Banklar Assosiasiyası çərçivəsində tərəfdaşlarından biridir.
Yarışmada 70-dən artıq ölkəni təmsil edən 140-a yaxın universitet komandası iştirak edəcək. Gənc proqramçılar yarışma ərzində alqoritmik düşüncə, problem həll etmə bacarıqları və komanda işi üzrə biliklərini nümayiş etdirəcəklər. Qeyd edək ki, Dünya Finalında ölkəmizi ADA Universiteti və Bakı Ali Neft Məktəbi (BANM) təmsil edəcək.
Xalq Bank bu mühüm layihəni dəstəkləməklə ölkəmizdə rəqəmsal mühitin inkişafına və gənclərin İT sahəsində bilik və bacarıqlarının artırılmasına töhfə verir.