XalqOnline

Dili dəyiş

az

12 Sentyabr 2023

Xalq Bank “Contact” pulköçürmə sistemi üzrə kampaniya keçirir

Xalq Bank Bakcell şirkətinin “Ulduzum” loyallıq proqramı ilə birlikdə sürətli pul köçürmələri üzrə yeni hədiyyəli kampaniyaya start verir.

Bu gündən etibarən Xalq Bankın istənilən filialındaContacttəcili pulköçürmə sistemi vasitəsilə əməliyyat edən hər kəsBakcelldən 15 danışıq dəqiqəsi hədiyyə qazanacaq. Əlavə olaraq, kampaniya müddəti ərzində 10 ən çox məbləğdə pul göndərən və 10 ən çox məbləğdə vəsait qəbul edən müştərilər isə müxtəlif dəyərli hədiyyələr əldə edəcəklər. Kampaniya 30 oktyabradək qüvvədədir. Qeyd edək ki, “Contact” sistemi vasitəsilə dünyanın 180-dan çox ölkəsinə sərfəli tariflərlə sürətli pul köçürmək və ya almaq mümkündür.

Xalq Bankın məhsul və xidmətləri barədə məlumatları Bankın filial şəbəkəsindən, https://xalqbank.az/ rəsmi internet səhifəsindən, 138 Məlumat mərkəzindən, həmçinin müxtəlif sosial şəbəkə səhifələrindən əldə etmək mümkündür.