XalqOnline

Dili dəyiş

az

26 Sentyabr 2022

Xalq Bank əməliyyatları yeni terminallarda!

Xalq Bank fiziki, sahibkar və hüquqi şəxs müştəriləri üçün növbəti əlçatan xidmətləri istifadəyə verib. Belə ki, artıq Xalq Bank müştəriləri geniş şəbəkəyə malik eMANAT terminalları və  EPUL onlayn ödəniş portalı vasitəsilə günün istənilən vaxtı müxtəlif növ mədaxil əməliyyatlarını rahatlıqla icra edə biləcəklər.

 eMANAT terminalları vasitəsi ilə:

 (yalnız AZN valyutasında olan hesablara AZN olaraq)

            Fiziki şəxslər:

            Cari hesaba mədaxil

            Kredit ödənişi

            Ödəniş kartına mədaxil (balansda dərhal görünməklə);

            Fərdi sahibkarlar:

            Cari hesaba mədaxil

            Kredit ödənişi

            Ödəniş kartına mədaxil (balansda dərhal görünməklə);

            Hüquqi şəxslər:

            Cari hesaba mədaxil

eMANAT terminalları ilə kart balansının artırılması, cari hesaba mədaxil və kredit ödənişi zamanı fiziki şəxs müştərilərindən heç bir komissiya tutulmayacaq. Sahibkar fiziki şəxslər və hüquqi şəxslər üçün komissiya əməliyyat məbləğinin 0.6%-ni təşkil edir.

EPUL onlayn ödəmə sistemi ilə:

(yalnız AZN valyutasında olan hesablara AZN olaraq)

            Fiziki şəxslər:

            Kredit ödənişi

            Ödəniş kartına mədaxil (balansda dərhal görünməklə);

            Fərdi sahibkarlar:

            Ödəniş kartına mədaxil (balansda dərhal görünməklə);

EPUL ödəniş portalı üzərindən Xalq Bankın fərdi sahibkar müştəriləri kart hesabına mədaxil, fiziki şəxs müştəriləri isə kredit ödənişi və kart hesabına mədaxil edə biləcəklər. Hər iki halda fiziki şəxslərdən və fərdi sahibkarlardan 1 AZN dəyərində xidmət haqqı tutulur.