XalqOnline

Dili dəyiş

az

25 Noyabr 2025

Xalq Bank qiymətli metallar üzrə yeni xidmətləri istifadəyə verdi

Xalq Bank müştərilərinə etibarlı və çevik investisiya imkanları təqdim etməyə davam edərək yeni xidməti istifadəyə verib. Artıq fiziki və hüquqi şəxslər Xalq Bankda qızıl və gümüş metallarından əlavə, fiziki olmayan platin (XPT) və palladium (XPD) metalına yatırımın edilməsindən yararlana bilərlər.

Hazırda qiymətli metal hesabı ən effektiv investisiya alətlərindən biri hesab edilir. Xalq Bankın təqdim etdiyi xidmətdən faydalanmaqla müştərilər sərmayelərini etibarlı şəkildə idarə edə bilərlər. Bu zaman pul vəsaitləri Bankın daxili məzənnəsi ilə qiymətli metala dəyişdirilir və cari metal hesabında saxlanılır. İstənilən vaxt hesabda olan metal qalığı satılaraq yenidən pul vəsaitinə çevrilə bilər.

Qeyd edək ki, Xalq Bankda qiymətli metal hesablarının açılması pulsuzdur və hesaba ilkin mədaxil məbləği tələb olunmur. Bankla bağlanılan bir əqd üzrə qiymətli metalın miqdarı min. 1 XAU/XAG/XPT/XPD təşkil etməlidir.

Müştərilər xidmətdən yararlanmaq üçün Xalq Bankın filiallarına müraciət edə bilərlər.