2 Mart 2026
Xalq Bank sərfəli avtokredit şərtləri təqdim edir
Avtomobil sahibi olmaq Xalq Bankın təqdim etdiyi yeni kredit kampaniyası ilə daha əlçatandır. Belə ki, 30 iyunadək tərəfdaş avtodiler salonlarından elektrik/hibrid mühərrikli avtonəqliyyat vasitələrini 59 ayadək və illik 13%-15%-lə, digər mühərrikli avtonəqliyyat vasitələrini illik 14%-15%-lə kreditlə əldə etmək mümkündür. Həmçinin, kreditin rəsmiləşdirilməsi anında elektrik mühərrikli avtonəqliyyat vasitəsinin istehsal tarixi 1 il və ya ondan az olduqda ilkin ödəniş 20% təşkil edəcək.
Daha ətraflı məlumat və tərəfdaş avtodilerlərin siyahısı ilə https://www.xalqbank.az/az/ferdi/kreditler/avtomobil keçid edərək tanış olmaq mümkündür.
Həmçinin, Xalq Bankda ölkə xaricinə həyata keçirilən təyinatı avtomobil nəqliyyatı ilə bağlı (avtomobil nəqliyyatının və onun ehtiyat hissələrinin alışı, daşınması, hərracda iştirak) olan köçürmələr üzrə xidmət haqqına endirim tətbiq edilərək 0,2% (min. 50 USD/25 EUR; maks. 300 USD/EUR) olaraq müəyən olunub.