XalqOnline

Dili dəyiş

az

7 Aprel 2023

Xalq Bank “Visa B2B Connect” ödəniş platformasına qoşuldu

Ölkənin aparıcı banklarından biri olan Xalq Bank növbəti innovativ biznes həllini uğurla tətbiq edərək “VİSA B2B Connect” ödəniş platformasına qoşuldu.

 “VİSA B2B Connect” sistemi korporativ müştərilərin şirkətlərarası beynəlxalq pul köçürmələrinin həyata keçirilməsi zamanı hesablaşmaların rahat və tam təhlükəsiz şəkildə icrasını təmin edir. Tranzaksiyaların sürətli və rahat həyata keçirilməsi Banka, eləcə də müştərilərinə biznesin effektivliyini artırma imkanı verir.

Qeyd edək ki, hal-hazırda Visa B2B Connect texnologiyası dünyanın 80-dən çox ölkəsində tətbiq edilir.

Xalq Bank 2008-ci ildən Visa İnternational ödəniş sistemi ilə əməkdaşlıq etməklə müştərilərə müxtəlif məhsul və xidmətlər təklif edir. Bank müştəri xidmətlərinin keyfiyyətinin yüksəldilməsi istiqamətində davamlı olaraq çalışır və bu tədbirlərin mühüm tərkib hissəsi olaraq rəqəmsallaşmaya və müasir texnoloji həllərin tətbiqinə böyük diqqət ayırır.

Xalq Bankın xidmət və məhsulları, eləcə də kampaniyalar və yenilikləri haqqında ətraflı məlumatı Bankın filiallarından, rəsmi Facebook və Instagram səhifələrindən, www.xalqbank.az saytından və 138 Məlumat mərkəzindən əldə etmək mümkündür.