23 May 2023
Xalq Bank Visa Platinum Business kartını təqdim edir
Xalq Bank müxtəlif imtiyazlar təklif edən premium kartların çeşidini bu dəfə biznes sahibləri üçün genişləndirir. Artıq Xalq Bankın sahibkar və hüquqi şəxs müştəriləri Visa Platinum Business kartını əldə edərək işgüzar səfərlər zamanı xərclərə qənaətlə yanaşı, dünyanın istənilən nöqtəsində premium xidmətlərdən rahatlıqla yararlanma imkanı əldə edəcəklər.
Visa Platinum Business kartı sahibinə səfər zamanı tibbi dəstək xidməti, Visa Global Assistance xidməti (kartın təcili əvəzlənməsi və ya bloklaşdırılması), LoungeKey proqramı çərçivəsində müxtəlif hava limanlarının biznes zallarına ödənişsiz keçid, peşəkar Visa konsyerj servisi, eləcə də hava limanlarında fəaliyyət göstərən sürətli keçid (Fast Track) xidmətini təklif edir. Özü və əməkdaşları tez-tez ezamiyyətlərdə olan biznes sahibləri Visa Platinum Business kartının sərfəli şərtləri və xərclərə nəzarət imkanlarından faydalana bilərlər. Kart hesabına onlayn nəzarət və müxtəlif bank əməliyyatlarının məsafədən icrası XalqOnline mobil tətbiqilə rahatlıqla mümkündür. Kart 1,2 və 3 il müddətinə təqdim edilir.
Qeyd edək ki, bir neçə müddət öncə Xalq Bank Visa Beynəlxalq Ödəniş Sistemi tərəfindən “Biznes kartlarının sayında ən çox artıma görə” nominasiyası üzrə mükafatlandırılmışdı.
Bank xidmət və məhsulları, eləcə də kampaniyalar və yenilikləri haqqında ətraflı məlumatı Xalq Bankın rəsmi Facebook və Instagram səhifələrindən, eləcə də www.xalqbank.az saytından və 138 Məlumat mərkəzindən əldə edə bilərsiniz.