XalqOnline

Dili dəyiş

az

8 Sentyabr 2022

Xalq Bank yeni Ticarət platforması layihəsini təqdim etdi!

Ölkənin aparıcı korporativ banklarından olan Xalq Bank yeni Ticarət platforması layihəsinə start verməklə valyuta mübadiləsi əməliyyatlarının XalqOnline sistemində operativ həllini təqdim etdi. Yeni platforma Bankın korporativ müştərilərinin valyuta alqı-satqı əməliyyatlarının operativ şəkildə aparmasını təmin etmək üçün hazırlanmış müasir rəqəmsal bank xidmətidir.

Xalq Bank müştərisi Ticarət platforması üzərindən Bankın təyin etdiyi gündəlik məzənnələrə baxmaq, ona maraqlı valyuta cütlüklərini təyin edərək məzənnələri izləmək və sərfəli şərtlərlə əqd bağlamaq imkanı əldə edir. Platforma üzərindən Banka göndərilən valyuta mübadiləsi sorğusu 2 dəqiqə ərzində onlayn rejimdə cavablandırılır. Müştəri, həmçinin alqı-satqı əməliyyatı üçün Banka öz məzənnə təklifini göndərə və onlayn cavab gözləyərək vaxt itirmədən əqdi bağlaya bilər. Əlavə olaraq Bank real vaxt rejimində güzəştli məzənnə ilə konvertasiya əməliyyatlarının aparılması üçün xüsusi təkliflər verə bilər: bu zaman müştəri XalqOnline mobil tətbiqi vasitəsilə aktual təklif barədə xəbərdaredici mesaj alır.

Xidmətdən yararlanmaq üçün heç bir əlavə yükləmə və ya qoşulma tələb edilmir. Müştəri kompüter və ya mobil telefondan XalqOnline sistemindəki kabinetinə daxil olaraq müvafiq bölməyə keçid etməklə əməliyyatlara başlaya bilər. XalqOnline-dünyanın istənilən nöqtəsindən ölkədaxili və beynəlxalq pul köçürmələri, konvertasiya, əməkhaqqı ödənişləri, toplu ödənişlər həyata keçirməyə, həmçinin, hesab qalığı və əməliyyatlar üzrə çıxarışlar əldə etməyə imkan verən qabaqcıl internet və mobil bankçılıq sistemidir.

Bank məhsulları, eləcə də yenikləri haqqında ətraflı məlumatı Xalq Bankın rəsmi FacebookInstagram səhifələrindən, eləcə də www.xalqbank.az saytından və 138 Məlumat mərkəzindən əldə edə bilərsiniz.