XalqOnline

Dili dəyiş

az

10 Fevral 2025

Xalq Bankda bank xidmətlərindən rəqəmsal şəxsiyyət vəsiqəsi ilə istifadə mümkün oldu

Artıq Xalq Bank filiallarında müştərilər şəxsiyyət vəsiqələrini fiziki təqdim etmədən bank xidmətlərindən yararlana biləcəklər.

Xalq Bankla İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyi (İRİA) arasında əməkdaşlıq əsasında təqdim edilən xidmət Bankın filiallarında rəqəmsal şəxsiyyət vəsiqəsindən istifadəni mümkün edib. Rəqəmsal şəxsiyyət vəsiqəsinin məlumatlarını “mygov” tətbiqində əldə etmək mümkündür. Müştəri “mygov” mobil tətbiqinə daxil olaraq şəxsiyyət vəsiqəsinə aid QR kodu və ya 8 simvoldan ibarət kodu bank əməkdaşına təqdim etməklə bir sıra bank xidmətlərindən faydalana biləcək.