XalqOnline

Dili dəyiş

az

27 İyul 2026

Xalq Bankda Landau məktəbliləri üçün bankçılıq üzrə təlim keçirildi

Xalq Bank məktəblilərin maliyyə sahəsi haqqında biliklərinin genişləndirilməsi və bank sektoru ilə ilkin tanışlıq məqsədilə Landau məktəbinin 9–10-cu sinif şagirdləri üçün maarifləndirici təlim həyata keçirdi.
Proqram çərçivəsində iştirakçılar bank fəaliyyətinin əsas istiqamətləri, maliyyə xidmətləri, rəqəmsal bankçılıq və əməliyyat təhlükəsizliyi ilə bağlı təqdimatları dinlədilər. 
Təlimin praktiki hissəsində şagirdlərə marketinq, reklam və müştəri yönümlü yanaşma kimi sahələrdə nəzəri biliklərin tətbiqi nümayiş etdirildi. Eyni zamanda, Bankın filialında müştəri əməliyyatlarının icrası prosesi əyani olaraq göstərildi.
Proqramın sonunda şagirdlərə iştirak barədə sertifikatlar və xatirə hədiyyələri təqdim olundu. Xalq Bank gənclərin maliyyə savadlılığının artırılmasını və onların gələcək peşə seçimlərinə dəstək verən maarifləndirici layihələrin həyata keçirilməsini davam etdirir.