XalqOnline

Dili dəyiş

az

23 Noyabr 2024

Xalq Bankdan hüquqi şəxslər üçün sərfəli avtokredit

Xalq Bank biznes sahiblərinə özəl sərfəli avtokredit kampaniyasına start verir. Kampaniyada "Autolux Azerbaijan"ın təqdim etdiyi praktik dizayn və çevik performansı ilə biznes ehtiyaclarını qarşılayan FIAT Doblo və FIAT Ducato markalı avtomobillərini sərfəli avtokredit şərtləri ilə əldə etmək mümkün olacaq. Avtokredit illik 12 %-lə və 48 ayadək müddətə təqdim edilir. İlkin ödəniş 20%-dən başlayır, kredit daşınmaz əmlakın girovu ilə əldə edildikdə isə ilkin ödəniş tələb olunmur. 31.01.2025-ci il tarixədək qüvvədə olan kampaniyadan yalnız hüquqi şəxslər yararlana bilərlər.

Həmçinin, kampaniya çərçivəsində avrokreditdən yararlanan müştərilərə Xalq Bankın 1 illik Visa Business Platinum ödəniş kartı pulsuz təqdim edilir. Visa Platinum Business kartı müxtəlif biznes ödənişlərinin aparılması, işgüzar səfərlər zamanı dünyanın istənilən nöqtəsində premium xidmətlərdən rahatlıqla yararlanma imkanını təqdim edir. Buraya müxtəlif hava limanlarının biznes zallarına ödənişsiz keçid, sürətli keçid (Fast Track), peşəkar Visa konsyerj servisi və digər imtiyazlar daxildir. Kart hesabına onlayn nəzarət və müxtəlif bank əməliyyatlarının məsafədən icrası XalqOnline mobil tətbiqilə rahatlıqla mümkündür.

Bu il fəaliyyətinin 20 ilini qeyd edən Xalq Bank hazırda regionun ən dinamik inkişaf edən maliyyə qurumlarından biridir. Bank müxtəlif alternativ satış kanalları ilə yanaşı, ölkə üzrə 30 filialdan ibarət xidmət şəbəkəsi və peşəkar heyəti ilə müştərilərə müasir və rahat bankçılıq xidmətləri təklif edir.