XalqOnline

Dili dəyiş

az

3 May 2023

Xalq Bankdan sərfəli kredit: illik 12%-dən başlayaraq!

Xalq Bank bir müddət əvvəl başlamış və müştərilər tərəfindən böyük maraqla qarşılanmış istehlak krediti kampaniyasını daha əlçatan edir.

Kampaniya şərtlərinə əsasən istehlak krediti illik faiz dərəcəsi 12 ay müddətinə cəmi 12%, 48 ayadək müddətinə isə 14% olmaqla, zaminsiz 15 000, zaminliklə 30 000 manatadək (region filiallarında zaminsiz 8 000, zaminliklə 15 000 manatadək) məbləğdə təklif edilir. Bunun üçün müraciətçi qeyd olunan sahədə sonuncu iş yerində 12 aylıq iş stajına malik olmalıdır.

31 iyul 2023-cü il tarixədək qüvvədə olan kampaniyadan yararlanmaq istəyənlər Xalq Bankın istənilən filialına, cari Xalq Bank müştəriləri isə həm də XalqOnline tətbiqi üzərindən müraciət edə bilərlər.

Bank xidmət və məhsulları, eləcə də kampaniyalar və yenilikləri haqqında ətraflı məlumatı Xalq Bankın rəsmi Facebook və Instagram səhifələrindən, eləcə də www.xalqbank.az saytından və 138 Məlumat mərkəzindən əldə edə bilərsiniz.