19 Fevral 2026
Xalq Bankdan sahibkarlar üçün girovsuz biznes krediti
Xalq Bank yeni kredit kampaniyası kənd təsərrüfatı və digər biznes fəaliyyəti ilə məşğul olan sahibkarlar üçün daha əlçatan maliyyələşmə şərtləri təqdim edir.
Belə ki, kampaniya çərçivəsində sahibkar fiziki şəxs və hüquqi şəxslər 50 000 AZN-dək biznes kreditini 24 ayadək müddətə və girov təminatı olmadan əldə edə bilərlər. Həmçinin, kampaniya müddəti ərzində 300 000 AZN-dək və 48 ayadək təklif edilən təminatlı kreditlər üzrə daşınmaz əmlakın sığortalanması tətbiq edilmir. Bu şərtlər sahibkarlara dövriyyə vəsaitinin artırılması və biznes fəaliyyətinin genişləndirilməsi üçün əlavə maliyyə dəstəyi yaradır.
Qeyd edək ki, kampaniya 31 avqust 2026-cı ilədək qüvvədədir.
Kampaniyadan yararlanmaq üçün sahibkarlar Xalq Bankın ölkə üzrə bölgələr də daxil olmaqla, 30 filialdan ibarət geniş filial şəbəkəsinə müraciət edə bilərlər.