5 Oktyabr 2026
Xalq Bankdan yeni XalqKart Taksit kartları
Xalq Bank müştərilərin gündəlik xərclərini daha rahat idarə etməsinə imkan verən yeni XalqKart Taksit kartını təqdim edib.
Yeni kart müştərilərə partnyor mağazalarda etdikləri alış-verişləri faizsiz 24 ayadək hissə-hissə ödəmək, həmçinin birdəfəlik alış-verişlər üzrə 72 günədək güzəşt müddətindən yararlanmaq imkanı verir. Bundan əlavə, kart sahibləri kredit limitinin 100%-dək hissəsini nağdlaşdıra bilərlər.
XalqKart Taksit iki növdə təqdim olunur: XalqKart Cashback Taksit və XalqKart Petrol Taksit. XalqKart Cashback Taksit sahibləri birdəfəlik alış-verişlər üzrə 2% keşbek, XalqKart Petrol Taksit sahibləri isə 3% Oil bonusu qazanırlar.
Xalq Bankın məhsul və xidmətləri barədə məlumatları Bankın filial şəbəkəsindən, https://www.xalqbank.az// rəsmi internet səhifəsindən, 138 Çağrı mərkəzindən, həmçinin müxtəlif sosial şəbəkə səhifələrindən əldə etmək olar.