Cari hesab
Cari hesab müvəqqəti sərbəst pul vəsaitlərinin yerləşdirilməsi, ölkə daxilində, eləcə də xaricində pul köçürmələrinin həyata keçirilməsi üçün sərfəlidir.
Bu hesab üzrə nağd və ya nağdsız qaydada daxil olunan vəsaitləri istənilən vaxt hesabdan çıxara və ya köçürə bilərsiniz.
Siz istənilən notarial kontorunda cari hesabınızdan qismən və ya tam istifadə etmək hüququnu təmin etməklə hər hansı fiziki şəxsin xeyrinə etibarnamə tərtib edə bilərsiniz.
Hesab açdırmaq üçün Sizdən şəxsiyyəti təsdiq edən sənədin təqdim edilməsi və zəruri sənədlərin doldurulması tələb olunur.
Qeyd: Bütün bank əməliyyatları Azərbaycan vətəndaşının şəxsiyyət vəsiqəsi və ya xarici pasportu (yalnız qeyri-rezidentlər üçün) əsasında həyata keçirilir. Sürücülük vəsiqələri və ya xidməti vəsiqələr şəxsiyyəti təsdiq edən sənədlər hesab olunmur.
Cari hesabın açılmasına və hesaba xidmət göstərilməsinə əsas şərtlər:
-
Hesabın açılması - pulsuz;
-
Hesaba ilkin mədaxil– yoxdur;
-
Hesabın minimal qalığı – yoxdur;
-
Hesabın valyutaları – Azərbaycan manatı, ABŞ dolları, Avro.
Xaricə pul köçürmələri "Azərbaycan Respublikası rezidentlərinin və qeyri-rezidentlərinin xarici valyuta əməliyyatlarının aparılması Qaydaları"na uyğun olaraq həyata keçirilir.
Qeyd:Bank «Maliyyə hesabları barədə məlumatların avtomatik mübadiləsi haqqında səlahiyyətli orqanlar arasında Çoxtərəfli Razılaşma» çərçivəsində tətbiq edilən Ümumi Hesabatlılıq Standartına (Common Reporting Standard – CRS) uyğun məlumat mübadiləsinin həyata keçirilməsi məqsədilə müvafiq dövlətlərarası müqavilədə/sazişdə nəzərdə tutulan məlumatları həmin sənədlərlə müəyyənləşdirilən qaydada səlahiyyətli dövlət orqanına ötürmək hüququna malikdir. Bu məqsədlə müştəridən Anket formasının doldurulması tələb oluna bilər.