22 Sentyabr 2025
Xalq Bank əmanətçiləri üçün premium kartlar endirimlə

Xalq Bank cari və yeni əmanət müştəriləri üçün sərfəli kampaniya təqdim edir. Kampaniya çərçivəsində Xalq Bankda depoziti olan fiziki şəxslərə premium kartlar olan Mastercard Black Edition və Visa Infinite ödəniş kartları birdəfəlik xidmət haqqı və ya ilkin mədaxil məbləğinə 50% endirimlə təqdim olunur.
Xalq Bankın təklif etdiyi çeşidli depozit məhsulları ilə əmanətçilər həm illik 10.5%-dək gəlir əldə edə, həm də öz maliyyə vəsaitlərini təhlükəsiz şəkildə saxlayaraq artıra bilərlər. Faizlərin ödənilməsi məhsulun növündən asılı olaraq aylıq əsasda və ya müddətin sonunda həyata keçirilir.
“Müddətli” əmanəti - sizə sərfəli faizlər və 3/6/9/12/24 ay arasında müddət seçimi ilə əlavə gəlir qazandırır. Minimal məbləğ - 1 000 AZN/USD/EUR
“Proqress” əmanəti -12/24 ay müddətinə və depozit məbləğinin artırılması imkanını təqdim edir. Minimal məbləğ - 100 AZN/USD/EUR
“VİP-Rantye”-depozitin artırılması və qismən çıxarılması imkanı ilə iri məbləğdə sərbəst vəsaitlərin etibarlı və gəlirli saxlanmasını təmin edir. Minimal məbləğ - 100 000 AZN/USD/EUR
“Uşaq yığım”- övladınızın adına yetkinlik yaşına çatana qədər yığım imkanı verir və faizlərin kapitallaşdırılması ilə maksimal gəlir təklif edir. Minimal məbləğ - 100 AZN/USD/EUR
Premium kartlar sahiblərinə yüksək komfort, fərdi yanaşma və eksklüziv imtiyazlar təqdim edən, eyni zamanda səyahət zamanı bir sıra əlavə üstünlüklərlə müşayiət olunan prestijli ödəniş vasitələridir. Buraya səyahət sığortası, transfer xidmətləri, hava limanlarında biznes zallara pulsuz keçid və digər imtiyazlar daxildir.
Uzun illərdir ki, müştərilərin öz vəsaitlərini rahatlıqla etibar etdiyi Xalq Bank 2025-ci ilin 6 ayının nəticələrinə əsasən depozit portfelinin həcminə görə Azərbaycanın ən böyük özəl banklarının üçlüyü sırasındadır. Qeyd edək ki, Xalq Bankda yerləşdirilmiş əmanətlər “Əmanətlərin Sığortalanması Fondu”nun qaydalarına uyğun olaraq sığortalanır.