1 İyul 2026
XalqKart-ı indi pulsuz əldə edin
30 dekabradək XalqKart Cashback və XalqKart Petrol ödəniş kartları pulsuz və ilkin mədaxil məbləği olmadan təklif olunur. Xalq Bankın təqdim etdiyi XalqKart müxtəlif loyallıq imkanlarını özündə birləşdirir. XalqKart Petrol kartı ilə müştərilər həm ölkə daxilində, həm də xaricdə apardığı nağdsız ödənişlərdən 3% bonus qazanıb toplanmış bonusları ölkənin ən geniş Azpetrol YDM şəbəkəsində yanacağa dəyişə bilərlər. XalqKart Cashback kartı isə nağdsız əməliyyatlardan 2% keşbek qazandıran ödəniş kartıdır. Hər iki kartda olan digər üstünlüklər bunlardır:
- AZN qalığına illik 7% əlavə gəlir (min 300 AZN , maks. 20000 AZN)*;
- ölkədaxili bütün kartlara aylıq 3000 AZN-dək komissiyasız köçürmə;
- aylıq 1000 AZN-dək komissiyasız nağdlaşdırma;
- onlayn sifariş və pulsuz çatdırılma.
*31.12.2026 tarixədək
Hər bir kart üzrə müştəri aylıq 300 AZN məbləğində keşbek/petrol qazana bilər.
XalqKartı Bankın filiallarında, yaxud https://cardorder.xalqbank.az / səhifəsinə keçid edərək onlayn sifariş etmək mümkündür. Bakı ərazisində çatdırılma pulsuzdur.