3 Noyabr 2025
XalqKart-la Qatar Airways aviabiletləri alışında 10% keşbek qazanın
Xalq Bank Qatar Airways ilə davam edən endirim kampaniyasını daha da genişləndirərək müştərilər üçün əlavə üstünlüklər təqdim edir. Belə ki, XalqKart Petrol və XalqKart Cashback sahibləri 31.03.2026-cı il tarixinədək Qatar Airways-dən bütün istiqamətlərdə istənilən aviabilet alışı zamanı 10% keşbek və ya petrol bonusu qazanacaqlar. Müxtəlif loyallıq imkanlarına malik XalqKart kartını hazırda onlayn və pulsuz sifariş etmək mümkündür.
Bundan əlavə, eyni tarixədək Xalq Bankın istənilən ödəniş kartı ilə seçilmiş istiqamətlər üzrə Qatar Airways aviabiletləri 5% endirimlə təqdim olunur. Endirimdən yararlanmaq üçün müştərilər https://www.qatarairways.com/en-az/offers/cug/xalq-bank.html səhifəsinə daxil olaraq uçuş istiqamətlərini seçərək endirimlə tanış ola və ödənişi Xalq Bank kartı ilə apara bilərlər. QRXALQ25 promokodu səhifəyə avtomatik bərkidilmişdir.
Hər iki kampaniya 31.03.2026- cı il tarixədək davam edəcək. Endirimlə əldə edilmiş aviabiletlərin səyahət dövrü isə 31.05.2026-cı il tarixədəkdir. https://www.xalqbank.az/az/ferdi/kampaniyalar/xalq-bank-ve-qatar-airways-emekdasligi-musterilere-xususi-fursetler-teqdim-edir-az
Xalq Bank ödəniş kartlarını həm geniş filial şəbəkəsindən, həm də https://cardorder.xalqbank.az/ linki vasitəsilə keçid edərək onlayn sifariş vermək mümkündür. Bakı ərazisində kartların çatdırılması pulsuzdur.