XalqOnline

Dili dəyiş

az

3D Secure

3D Secure xidməti plastik kart sahiblərinin internet vasitəsilə apardığı ödəmə əməliyyatlarının təhlükəsizliyini artırmaq və müştəriləri internet şəbəkəsində baş verən dələduzluq hallarından qorumaq məqsədli qabaqcıl texnologiyadır. Bu zaman 3D Secure təhlükəsizlik standartını dəstəkləyən saytlarda mal və ya xidmətlər üçün ödəniş edən zaman müştəri 3D şifrəsini daxil edir və yalnız şifrənin təsdiqindən sonra ödənişi həyata keçirə bilir.

Qoşulma

  • ATM vasitəsilə - bu zaman ATM-dən birdəfəlik şifrələr əldə edilməli, daha sonra isə https://acs.3dsecure.az/way4acs/enroll linki vasitəsilə qeydiyyatdan keçirilməlidir;

  • SMS-məlumatlandırmaya qoşulmaqla - Bu halda həmin kart 3D Secure xidmətinə avtomatik qoşulur.

Tarif

Xidmət ödənişsizdir.