Cash by Code

Cash by Code xidməti vasitəsilə günün istənilən vaxtı kartı olmayan yaxınlarınıza köçürmə edə bilərsiniz. Alan şəxs köçürülmüş vəsaiti kart olmadan ATM-lərdən götürə bilər.

Köçürmə etmək üçün kanallar

  • XalqOnline mobil tətbiqi;

  • Xalq Bank ATM-i və ya digər Azericard PM-in xidmət etdiyi ATM.

Pulu göndərmək üçün

  • Menüdə Cash by Code xidmətini seçin;

  • Pulu alacaq şəxsin mobil telefon nömrəsini və köçürmə məbləğini daxil edin.

Köçürmə zamanı sistem tərəfindən iki hissədən ibarət kod formalaşır. ATM-lə köçürmədə bu kodun bir hissəsi pulu göndərən şəxs üçün çap olunur, digər hissəsi SMS vasitəsilə pulu alacaq şəxsin mobil nömrəsinə göndərilir. Mobil tətbiqlə köçürmədə kodun bir hissəsi ekranda əks etdirilir, digər hissəsi SMS vasitəsilə pulu alacaq şəxsin mobil nömrəsinə göndərilir. Kod 24 saat ərzində qüvvədədir.

Pulu almaq üçün

  • Pulu alan şəxs ATM-ə yaxınlaşıb sağ yuxarı düyməni seçir;

  • Pulu köçürənin ona göndərdiyi və öz mobil nömrəsinə aldığı kodları birləşdirərək ümumi kodu ekrana daxil edir;

  • Valyutanı və məbləği qeyd edir;

  • ATM-dən nağd vəsaiti əldə edir.

Tarif və limitlər

ATM vasitəsilə:

  • Vəsaitlər eyni bir bankın ATM-lərindən göndərildikdə və çıxarıldıqda vəsaiti köçürən şəxsin plastik kartından - 1%;

  • Vəsaitlər fərqli bankların ATM-lərindən göndərildikdə və  çıxarıldıqda vəsaiti köçürən şəxsin plastik kartından - 1.5%.

Mobil tətbiq vasitəsilə:

  • Vəsait Xalq Bank ATM-lərindən çıxarıldıqda, vəsaiti köçürən şəxsin plastik kartından - 1%;

  • Vəsait digər bankların ATM-lərindən çıxarıldıqda, vəsaiti köçürən şəxsin plastik kartından -1.5%;

  • Cash by Code vasitəsilə maksimal göndəriləcək məbləğ – 500 AZN/USD-dir.