Xalq Bankın Cash-in tipli ATM-ləri vasitəsilə günün istənilən vaxtı plastik kart olmadan öz kartınıza, yaxud digər istənilən karta pul mədaxil edə bilərsiniz.
Cash to any Card xidmətindən istifadə
-
Cash-in tipli ATM-in yuxarı sağ küncündə yerləşən Cash to Any Card düyməsini seçin;
-
Məbləği qeyd edib, pulu xüsusi slota daxil edin;
-
Kartın nömrəsini qeyd edin və əməliyyatı təsdiqləyin.
Cash-in xidmətindən istifadə
-
Kartı ATM-ə daxil edib, PIN-kodu yığaraq dili seçin;
-
Cash-in funksiyasını və valyutanı seçin;
-
Vəsaiti xüsusi slota daxil edib, əməliyyatı təsdiqləyin.
Əməliyyatları yalnız manat və ABŞ dolları valyutalarında keçirmək olar. Xüsusi slota bir əməliyyat üzrə maksimal 50 ədəd əsginas daxil etmək mümkündür.
Tariflər
-
Cash to any Card/Cash-in xidmətləri: pulsuz
-
Fərqli valyutada əməliyyat: 0.5 %