E-pin xidməti ilə Xalq Bankdan əldə etdiyiniz yeni karta istədiyiniz PIN kodu təyin edə bilərsiniz. Xidmətə qoşulma və əməliyyatların təhlükəsizliyi tam qorunur. Xidmət pulsuzdur.
E-pin xidmətindən istifadə veb səhifə üzərindən və Xalq Banka məxsus ATM-lərdən mümkündür.
Veb səhifə vasitəsilə PIN kodun daxil edilməsi:
-
Müştəri https://reg.azericard.com/pin_xalq səhifəsinə keçid edərək kart məlumatlarını daxil edir (kartın üzərindəki 16 rəqəm, bitmə tarixi və CVV kodu);
-
Kart sahibinin mobil nömrəsinə şifrələnmiş kod göndərilir (Məs.: 1**524*14*);
-
Müştəri SMS-lə daxil olmuş koda ulduzların yerinə kart üçün təyin etmək istədiyi PIN kodu əlavə etməklə veb səhifədə açılan növbəti pəncərədə “Doldurulmuş rəqəm sırası” xanasına əlavə edir. (Məs.: Yeni PIN kod 8888 təyin olunduğu halda 1885248148 yazılır);
-
PIN kod uğurla təyin edilmişdir.
ATM vasitəsilə PIN kodun təyin olunması:
-
Kart sifariş olunduqdan sonra kart sahibinin mobil nömrəsinə müvəqqəti PIN kod göndərilir;
-
Müştəri plastik kartı Xalq Bankın ATM-nə daxil edərək E-pin bölməsinə keçid edir;
-
Müvəqqəti PIN kodu daxil edir;
-
Açılan növbəti pəncərədə öz istədiyi PIN kodu daxil edir;
-
Yeni təyin etdiyi PIN kodu təkrarən daxil edir;
-
PIN kod uğurla təyin edilmişdir.