Dələduzluq hallarından qorunmaq üçün əsas təhlükəsizlik qaydalarına əməl etmək vacibdir:
Təsdiq kodu olan SMS-ləri diqqətlə oxuyun və əməliyyat məbləğini yoxlayın.
Kartın bloklanması, xidmətin dayandırılması və ya kartın istifadə müddətinin başa çatması barədə SMS aldıqda, mesajda göstərilən nömrəyə zəng etməyin və linklərə keçid etməyin. Kart və mobil bankçılıq məlumatlarınızı paylaşmayın.
Tanımadığınız nömrədən zəng daxil olduqda, qarşı tərəf özünü bankın əməkdaşı kimi təqdim etsə belə, kartın tam nömrəsini, istifadə müddətini, CVC/CVV kodunu və digər məlumatları heç vaxt paylaşmayın.
Sosial şəbəkə və messencerlərdə yaxınlarınızdan və ya tanışlarınızdan gələn linklərə, pul köçürmək və ya xidmət üçün ödəniş etmək barədə mesajlara ehtiyatla yanaşın. Hesabları ələ keçirilmiş ola bilər.
Kartınızı itirdikdə və ya kartdan icazəsiz istifadə olunmasından şübhələndikdə, dərhal Bankla əlaqə saxlayın.
Diqqətli olun — tanış nömrə də saxta ola bilər! Dələduzlar tanıdığınız şəxsin telefon nömrəsini saxtalaşdıra, onun şəxsi məlumatlarından istifadə edərək özlərini həmin şəxs kimi təqdim edə bilərlər. Vəsaiti göndərməzdən əvvəl qarşı tərəfin həqiqətən həmin şəxs olduğuna mütləq əmin olun. Şübhəniz varsa, vəsait göndərməyin və həmin şəxslə başqa yolla əlaqə saxlayaraq dəqiqləşdirin.
Dələduzluq halı ilə qarşılaşdıqda nə etmək lazımdır?
Xalq Bankın 138 Çağrı Mərkəzinə zəng edərək bildirin.
Yayılmış dələduzluq halları - son dövrlərdə zəng və internet vasitəsilə dələduzluq halları geniş yayılıb. Dələduzlar özlərini bank və ya digər şirkətlərin əməkdaşları kimi təqdim edir, bankların, şirkətlərin və mağazaların adından saxta SMS-lər göndərir, saxta internet saytları yaradır, yüksək gəlir vəd edən investisiyalar təklif edir, həmçinin müştərilərin yaxınlarının və ya tanışlarının sosial şəbəkə və messencer hesablarını ələ keçirirlər.
Ümumilikdə kart əməliyyatlarının təhlükəsizliyini nəzarətdə saxlamaq üçün riayət edin:
- Kartınızla olan icazəsiz əməliyyatlardan vaxtında xəbərdar olmaq üçün SMS-məlumatlandırma, Mobil Bank xidmətlərindən istifadə edin. Bu cür əməliyyatlar baş versə, kartınızı dərhal bloklaşdırın və araşdırılması üçün banka müraciət edin;
- İtirildiyi və ya oğurlandığı halda kartınızı mütləq bloklaşdırın. Bunun üçün 138 Məlumat mərkəzinə zəng edə bilərsiniz. Kartınızı həm də XalqOnline vasitəsilə bloklaşdıra bilərsiniz.
- Bankomata diqqət yetirin, əgər qurğunun klaviaturasının və ya kart qəbuledicisinin üzərində əlavə avadanlıqların quraşdırıldığını müəyyən etdinizsə, həmin bankomatdan istifadə etməyin.
- POS-terminallarda və ATM-də ŞEN kod daxil edərkən məlumatları kənar şəxslərin görməsini əngəlləyin;
- Onlayn ödənişləri təhlükəsiz etmək məqsədilə 3D Secure xidmətinə qoşulun.