Xalq Bank olaraq müştərilərimiz olan kart sahiblərinin diqqətini ödəniş kartlarının istifadəsi zamanı bir sıra təhlükəsizlik tədbirlərinə yönəltmək istərdik.
-
Kart və kart məlumatlarını - kart nömrəsi, CVV və ŞEN kodları üçüncü şəxslərə verməyin;
-
ŞEN kodu kartla bir yerdə saxlamayın, kartın üstündə və ya mobil telefonunuza yazmayın. ŞEN kodu yadda saxlamağa çalışın və zərurət olduqda ATM vasitəsilə “PIN change” xidmətindən yararlanıb Sizə uyğun olan kodu seçin;
-
Kartınızla olan icazəsiz əməliyyatlardan vaxtında xəbərdar olmaq üçün SMS-məlumatlandırma, Mobil Bank və İnternet Bank xidmətlərindən istifadə edin. Bu cür əməliyyatlar baş versə, kartınızı dərhal bloklaşdırın və araşdırılması üçün banka müraciət edin;
-
İtirildiyi və ya oğurlandığı halda kartınızı mütləq bloklaşdırın. Bunun üçün 138 Məlumat mərkəzinə zəng edə bilərsiniz. Kartınız həm də Mobil Bank və İnternet Bank xidmətləri vasitəsilə bloklaşdırıla bilər;
-
Kartın saxlandığı şəraitə diqqət yetirin. Kart mexaniki, temperatur və elektromaqnit təsirlərdən qorunmalı, rütubətdən uzaq saxlanılmalıdır. Ödəniş kartını mobil telefon, məişət və ofis avadanlığı ilə yanaşı saxlamaq olmaz;
-
Bankomata diqqət yetirin, əgər qurğunun klaviaturasının və ya kart qəbuledicisinin üzərində əlavə avadanlıqların quraşdırıldığını müəyyən etdinizsə, həmin bankomatdan istifadə etməyin. Əməliyyat apararkən Bank əməkdaşları da daxil olmaqla kənar şəxslərin köməyini qəbul etməyin;
-
POS-terminallarda və ATM-də ŞEN kod daxil edərkən məlumatları kənar şəxslərin görməsini əngəlləyin;
-
Kart məlumatlarını yalnız tanınmış sertifikasiya mərkəzləri tərəfindən imzalanmış SSL sertifikatlarla mühafizə olunan internet səhifələrində daxil edin. Onlayn ödənişləri şəxsi kompüterinizdən həyata keçirin;
-
Onlayn ödənişləri təhlükəsiz etmək məqsədilə 3D Secure xidmətinə qoşulun;
-
Onlayn ödənişlər zamanı balansında iri məbləğdə vəsait olan kartınızdan istifadə etməməyə çalışın.