SMS-məlumatlandırma

SMS-məlumatlandırma xidməti vasitəsilə siz öz kart əməliyyatlarınız haqqında məlumatı mobil nömrənizə göndərilmiş SMS-lə dərhal ala bilərsiniz.

Xidmət haqqında

  • Qoşulmuş xidmət 24/7 rejimində aktivdir.

  • Azercell, Bakcell və Nar Mobile abunəçiləri xidmətə qoşula bilərlər.

  • Məsafədən qoşulma mümkündür.

  • Kart sahibi SMS-məlumatlandırma xidmətinə qoşulduqdan sonra kartın bitmə müddəti yaxınlaşdıqda bu barədə avtomatik bildiriş alır.

  • SMS-məlumatlandırma xidmətini aktivləşdirdikdə kart 3D xidmətinə də avtomatik qoşulmuş olur.

Qoşulma

  • XalqOnline mobil tətbiqi üzərindən;

  • Xalq Bank ATM-lərindən;

  • Xalq Bank filiallarından.

Tarif

  • SMS-məlumatlandırma xidmətindən istifadəyə görə müştəridən hər qoşulduğu kart üçün tutulan aylıq haqq 0.60 AZN təşkil edir.

  • Əmanət faiz kartları, World Mastercard Black Edition və Visa Infinite kartları SMS-məlumatlandırma xidmətinə pulsuz qoşulur.

  • Plastik kart itirildiyi, oğurlandığı, məhv olduğu və kartın müddəti bitdiyi halda xidmətin göstərilməsinə xitam verilir və yeni kart sifariş olunduğu zaman həmin plastik kartın xidmətə qoşulma prosesi yenidən həyata keçirilir.