Kartın növü: VISA Rewards
Kredit limiti: 500 AZN – 30 000 AZN
Kim əldə edə bilər?
Yaş həddi: 20-70 yaş (kreditləşmə müddətinin sonuna)
İş stajı: son iş yerində minimum 6 ay
Taksit: XalqKart Cashback Taksit partnyorlarında Xalq Bankın POS terminalları vasitəsilə edilən alış-verişləri 24 ayadək hissələrə bölərək ödəmək mümkündür.
Güzəşt müddəti: Birdəfəlik (taksitsiz) ödənişlərə 72 günədək güzəşt müddəti tətbiq edilir. Nağdlaşdırma və ona bərabər tutulan əməliyyatlar güzəşt müddətinə daxil deyil.
Əməliyyatdan sonrakı ikinci ayın 10-dək yaranmış borcu faizsiz ödəmək mümkündür.
Güzəşt müddəti ərzində ödənilməyən borca əməliyyat tarixindən etibarən hər bir təqvim günü üzrə faiz hesablanır (illik faiz dərəcəsi - 20%).
Nağdlaşdırma: Ayrılmış kredit limitinin 100%-dək hissəsini nağdlaşdırmaq mümkündür.
Nağdlaşdırma və ona bərabər tutulan əməliyyatlara — köçürmələr, kredit ödənişləri, mərc oyunları, elektron pul kisələrinin artırılması əməliyyatları və s. — güzəşt müddəti tətbiq edilmir və əməliyyat tarixindən etibarən gündəlik faiz hesablanır.
XalqKart Cashback Taksit kartı üzrə faktiki illik faiz dərəcəsi (FİFD) min. 22.35%, maks. 26.96%.
Borc ödənişi: XalqKart Cashback Taksit üzrə minimal aylıq ödəniş hər ayın 1-dən 10-dək olan müddətdə edilməlidir. Minimal aylıq ödənişə hesablanmış faizlər, faiz hesablanan əsas borcun 5%-i və taksit üzrə aylıq ödəniş daxildir.
XalqOnline mobil tətbiqi, Xalq Bank filialları və ödəniş terminalları vasitəsilə XalqKart Cashback Taksit üzrə formalaşmış borcları ödəmək mümkündür.
Keşbek: XalqKart Cashback Taksit kartı ilə edilən birdəfəlik (taksitsiz) hər alış-veriş üzrə 2% keşbek hesablanır. Cari ay ərzində hesablanmış keşbek həmin ayın sonuncu iş günü kart hesabına köçürülür.
XalqKartın keşbek/bonus partnyoru olmayan ticarət-xidmət müəssisələrində eyni MCC kodlar qrupu altında aparılmış nağdsız əməliyyatlar üzrə aylıq maksimum 30 AZN keşbek qazanmaq mümkündür.
Aylıq kəşbək məbləği: min. 3 AZN, maks. 300 AZN



