XalqOnline

Dili dəyiş

az
UPT

UPT

Bankımızın filiallarında müştərilər UPT (Universal Payment Transfer) təcili pul köçürmə sistemi vasitəsilə Türkiyəyə pul göndərə və ya ala bilərlər. UPT sisteminin Türkiyədə 14 000 xidmət məntəqəsi fəaliyyət göstərir.

UPT sistemi ilə pul köçürmələri ABŞ dollarında həyata keçirilir.

Pul köçürmələri "Azərbaycan Respublikası rezidentlərinin və qeyri-rezidentlərinin xarici valyuta əməliyyatlarının aparılması Qaydaları"na uyğun olaraq yerinə yetirilir.

İmkanlar

İmkanlar

  • Köçürmənin sürəti - 1 dəqiqə ərzində pulu köçür və ya al;

  • Sərfəli tariflər;

  • Təhlükəsizlik;

  • Rahat rəsmiləşdirmə qaydaları;

  • Bank hesabına köçürmək imkanı.

Pul köçürməsini necə göndərmək olar?

Pul köçürməsini necə göndərmək olar?

  • Şəxsiyyət vəsiqəsini təqdim etmək;

  • Pulu alacaq şəxsin məlumatlarını göstərməklə "Pul vəsaitlərinin köçürülməsi üçün Ərizə"ni doldurmaq;

  • Göndərilən pul məbləğini və komisyon haqqını ödəmək;

  • Üzərində pul köçürməsinin nəzarət nömrəsi olan blankı almaq;

  • Pul köçürməsinin məbləğini və nəzarət nömrəsini köçürməni alan şəxsə bildirmək.

Pul köçürməsini necə almaq olar?

Pul köçürməsini necə almaq olar?

  • Şəxsiyyət vəsiqəsini təqdim etmək;

  • Pul vəsaitini göndərən şəxsin yaşadığı şəhərin və ölkənin adını, köçürmənin məbləğini, nəzarət nömrəsini göstərməklə "Pul vəsaitlərinin alınması üçün Ərizə"ni doldurmaq;

  • Köçürmənin mövcud olduğunu və qeyd olunan məlumatların uyğunluğu yoxlanıldıqdan sonra pul köçürməsini və qəbzi almaq.