XalqOnline

Dili dəyiş

az
Western Union

Western Union

Pul köçürmələrinin göndərilməsi və alınması ABŞ dollarında yerinə yetirilir.

Pulköçürmə əməliyyatının yerinə yetirilməsi üçün köçürməni göndərən müştəri Western Union sisteminin tariflərinə uyğun olaraq köçürməni göndərən banka komissiya haqqı ödəyir.

Pul köçürmələri "Azərbaycan Respublikası rezidentlərinin və qeyri-rezidentlərinin xarici valyuta əməliyyatlarının aparılması Qaydaları"na uyğun olaraq yerinə yetirilir.

İmkanlar

İmkanlar

  • Etibarlılıq - Western Union korporasiyası 1871-ci ildən etibarən təcili pul köçürmələri ilə məşğuldur.

  • Sürət - Öz unikal kompüter şəbəkəsi və tətbiq olunan ən müasir elektron texnologiyalar pul köçürmələrini cəmi bir neçə dəqiqə ərzində uzaq məsafələrə göndərməyə imkan verir.

  • Rahatlıq - Western Union sistemi vasitəsilə pul göndərmək və ya almaq üçün nə kredit kartı, nə də bank hesabı tələb olunmur. Siz yalnız şəxsiyyət vəsiqəsindən istifadə etməklə bu əməliyyatı yerinə yetirə bilərsiniz.

Pul köçürməsini necə göndərmək olar?

Pul köçürməsini necə göndərmək olar?

  • Şəxsiyyət vəsiqəsini təqdim etmək;

  • Pulu alacaq şəxsin məlumatlarını göstərməklə, "Pul vəsaitlərinin köçürülməsi üçün Ərizə"ni doldurmaq;

  • Göndərilən pul məbləğini təqdim etmək və komisiyon haqqını ödəmək;

  • Üzərində pul köçürməsinin nəzarət nömrəsi olan blankı almaq;

  • Pul köçürməsinin məbləğini və nəzarət nömrəsini köçürməni alan şəxsə bildirmək.

Pul köçürməsini necə almaq olar?

Pul köçürməsini necə almaq olar?

  • Şəxsiyyət vəsiqəsini təqdim etmək;

  • Pul vəsaitini göndərən şəxsin və  yaşadığı şəhərin və ölkənin adını, köçürmənin məbləğini, nəzarət nömrəsini göstərməklə, "Pul vəsaitlərinin alınması üçün Ərizə"ni doldurmaq;

  • Köçürmənin mövcud olduğunu və qeyd olunan məlumatların uyğunluğu yoxlanıldıqdan sonra pul köçürməsini və qəbzi almaq