Əfsuslar olsun ki, müasir bank texnologiyalarının inkişafına baxmayaraq oğurluq və dələduzluq hallarından heç kim sığortalanmayıb. Amma bir sıra sadə qaydalara əməl etmək bu halları minimum endirə bilər. Xalq Bank olaraq müştərilərimiz olan kart sahiblərinin diqqətini ödəniş kartlarının istifadəsi zamanı bir sıra təhlükəsizlik tədbirlərinə yönəltmək istərdik. Unutmayın ki, bu qaydalar Sizi kartın itirilməsi zamanı, oğurluq və dələduzluq halları olduqda maliyyə itkilərindən qoruyacaq:
İlk növbədə ödəniş kartının dələduzluq, oğurluq və itirilmə zamanı Sizi maliyyə itkisindən qorumağa imkan verən bir sıra faydalı mühafizə elementlərini tanıyın:

- Kart və kart məlumatlarını - kart nömrəsi, CVV və ŞEN kodları üçüncü səxslərə verməyin;
- ŞEN kodu kartla bir yerdə saxlamayın, kartın üstündə və ya mobil telefonunuza yazmayın. ŞEN kodu yadda saxlamağa çalışın və zərurət olduqdaATM vasitəsilə “PIN change” xidmətindən yararlanıb Sizə uyğun olan kodu seçin;
- PIN-kodunuzu heç vaxt kartın üzərində və ya arxasında qeyd etməyin;
- Kartınızla olan icazəsiz əməliyyatlardan vaxtında xəbərdar olmaq üçün SMS məlumatlandırma, Mobil Bank və İnternet Bank xidmətlərindən istifadə edin. Bu cür əməliyyatlar baş versə, kartınızı dərhal bloklaşdırın və araşdırılması üçün banka müraciət edin;
- Kart itirildiyi və ya oğurlandığı halda mütləq bloklaşdırılmalıdır. Bunun üçün Siz 138 Məlumat Mərkəzinə zəng edib, kartınızı bloklaşdıra bilərsiniz. Bundan əlavə, Mobil Bank və İnternet Bank xidmətləri vasitəsilə də kart bloklaşdırıla bilər;
- Kartın saxlandığı şəraitə diqqət yetirin. Kart mexaniki, temperatur və elektromaqnit təsirlərdən qorunmalı, rütubətdən uzaq saxlanılmalıdır. Ödəniş kartını mobil telefon, məişət və ofis avadanlığı ilə yanaşı saxlamaq olmaz;
- Bankomatın klaviaturasının və ya kart qəbuledicisinin üzərində əlavə avadanlıqlar quraşdırılıbsa, həmin bankomatdan istifadə etməyin. Əməliyyat apararkən Bank əməkdaşları da daxil olmaqla, kənar şəxslərin köməyini qəbul etməyin;
- POS-terminallarda və ATM-də ŞEN kod daxil edilərkən kənar şəxslərin görməməsini təmin edin.
- Kart məlumatlarını yalnız tanınmış sertifikasiya mərkəzləri tərəfindən imzalanmış SSL sertifikatlarla mühafizə olunmuş internet səhifələrində daxil edin. Onlayn ödənişləri şəxsi kompüterinizdən edin;
- Onlayn ödənişləri təhlükəsiz etmək məqsədi ilə 3D Secure xidmətinə qoşulun
- Onlayn ödənişlər zamanı balansında iri məbləğdə vəsait olan kartınızdan istifadə etməməyə çalışın.