Onlayn məsləhətçi
Xalq Bank öz iş rejimindən asılı olmadan, günün istənilən vaxtı plastik kartı olmayan digər şəxslərə ATM və Mobil Bank vasitəsilə pul köçürməyə imkan verir.
Xalq Bankın iş rejimindən asılı olmadan, günün istənilən vaxtı plastik kartı olmayan digər şəxslərə Bankın geniş ATM şəbəkəsi və AzəriKard prosessinq mərkəzinin xidmət etdiyi bankomatlar və Mobil Bank vasitəsilə pul köçürmək mümkündür.
Həmçinin, Siz digər bir şəxs tərəfindən göndərilən xüsusi bir şifrə ilə plastik karta gərək olmadan vəsaiti bankomatdan nağdlaşdıra bilərsiniz.
Bankomat vasitəsilə - Cash by Code xidmətindən istifadə etmək üçün kartınızı bankomata daxil edərək menyudan Cash by Code seçin, tələb olunan pəncərələrdə pulu alacaq şəxsin telefon nömrəsini və məbləği daxil edin, daha sonra valyutanı seçərək əməliyyatı təsdiqləyin. Bundan sonra sistem tərəfindən iki hissədən ibarət kod yaradılır. Bu kodun bir hissəsi pulu göndərən şəxs üçün çap olunur, digər hissəsi isə SMS vasitəsilə pulu alacaq şəxsin mobil telefon nömrəsinə göndərilir.
Mobil Bank vasitəsilə - Mobil Bank menyusundan Cash by Code seçin, məbləği və valyutanın növünü daxil edin və əməliyyatı təsdiqləyin. Bundan sonra ekranda gördüyünüz kodu pulu alacaq şəxsə bildirin.
Cash by Code vasitəsilə maksimal göndəriləcək məbləğ – 500 AZN/USD-dir.
ATM-in əsas menyusundan Cash by Code seçin, menyunu təqib edərək kodu, valyutanın növünü və məbləğini göstərin və pulunuzu ATM-dən götürün.
Cash by Code vasitəsilə pul göndərmək və ya almaq üçün xüsusi koddan istifadə edilir. Həmin kod 24 saat ərzində aktiv olur və bərpa olunmur.
Əməliyyat üzrə göndərilən pul vəsaiti 24 saat ərzində bankomatdan məxaric edilmədikdə həmin əməliyyat ləğv olunur.
Vəsaitlər eyni bir bankın bankomatlarından göndərildikdə və çıxarıldıqda, vəsaitləri köçürən şəxsin plastik kartından
Vəsaitlər ASC “Xalq” Bankının bankomatlarından çıxarıldıqda, vəsaitləri köçürən şəxsin plastik kartından |
1 % |
Vəsaitlər fərqli bankların bankomatlarından göndərildikdə və çıxarıldıqda, vəsaitləri köçürən şəxsin plastik kartından
Vəsaitlər digər bankların bankomatlarından çıxarıldıqda, vəsaitləri köçürən şəxsin plastik kartından |
1.5 % |
Əgər xaricdə olan qohum ya dostunuzun kartına pul köçürmək istəyirsinizsə, Сard to Сard ilə həmin an pul karta oturacaq. Hər iki kart AzəriKard şəbəkəsində xidmət olunan kartlar olmalıdır.