Onlayn məsləhətçi

Bizə təklif və iradlarınızı bildirin

İş saatlarımız: Bazar ertəsi - Cümə, 09:00-18:00

Filliallar və bankomatlar

Filliallar və bankomatlar

Bizi tapmaq üçün ən asan yol

Kartlar üzrə xidmətlər

Mobil Bank

Mobil Bank xidmətinin yeni versiyası tətbiq edildi. İndi daha asan qoşulma və istifadə və daha çox xidmət mövcuddur.

Mobil Bank nədir? 

Xidmət ödənişsizdir

Mobil Bank ilə Siz:

  • Mobil rabitə operatorlarının xidmətlərinin haqqını ödəyə;
  • Kommunal xidmətlərin haqqını ödəyə;
  • TV və internet provayderlerin xidmətlərinin haqqını ödəyə; 
  • Kartdan karta pul köçürə (Card-to-Card);
  • Hesab üzrə çıxarış əldə edə;
  • Ödəniş kartlarını bloklaşdıra;
  • Cash by Code xidmətindən istifadə üçün kodu əldə və ya ləğv edə bilərsiniz

Bu xidmətdən kim istifadə edə bilər?

  • Xalq Bankın plastik kart sahibləri olan Azercell, Bakcell və Nar Mobile abunəçiləri;
  • İnternetə çıxışı olan istənilən mobil telefon sahibləri;
  • Qoşulma tarixinə müddəti bitməmiş Xalq Bankın kart sahibləri.

Mobil Bank istifadəçisi olmaq üçün nə etməli?

İndi Mobil Bank xidmətinə daha asan və rahat qoşulacaqsınız. Xidmətə qoşulmaq üçün:

  • Aşağıdakı linkə daxil olaraq midleti* telefona yükləmək;

IOS üçün - https://itunes.apple.com/az/app/xalq-bank-mobilbank/id596412488?mt=8​ 

Android üçün - https://play.google.com/store/apps/details?id=com.openwaygroup.WAY4MobilXAL.app

  • Midlet yükləndikdən sonra xidməti aktivləşdirmək üçün ATM-dən çap olunmuş seriya nömrəsini və komponentləri daxil etmək və bundan sonra Midlet üçün PİN-kod yaratmaq lazımdır. PİN-kodu iki dəfə daxil etdikdən sonra Mobil Bank xidmətinə qoşulmuş olursunuz.

*Midlet - Mobil Bank sistemində müxtəlif əməliyyatlar həyata keçirmək üçün xidmətin proqram təminatıdır.

Mobil Bank xidmətinə xitam vermək üçün Banka ərizə ilə müraciət etməyiniz xahiş olunur.

Mobil Bank xidmətinin üstünlükləri:

  • Əməliyyatın real vaxt rejimində həyata keçirilməsi;
  • Mobil telefonun SİM-kartını dəyişmədən və Banka müraciət etmədən xidmətə qoşulma imkanı;
  • İstənilən mobil operator nömrəsi ilə xidmətə qoşulma imkanı.

Tariflər

 Xidmət ödənişsizdir

 Bunu bilmək vacibdir!

  • Müştəri Xalq Bankın buraxdığı plastik karta malik olmadığı halda yeni kart sifariş edib Mobil Banka qoşula bilər.
  • Plastik kart itirildiyi, oğurlandığı və ya məhv olduğu halda xidmətin göstərilməsinə xitam verilir və yeni kart sifariş olunduğu zaman həmin plastik kartın xidmətə qoşulma prosesi Bankda qüvvədə olan Tariflərə əsasən yenidən həyata keçirilir.
  • Xidmətə qoşulma ilə bağlı hər hansı problem yarandığı halda Müştəri (012) 598 46 97, (012) 598 43 76 (zənglər pulsuzdur) və ya Bakcell və Azercell nömrələrindən 194, Nar Mobile (012) 194, xarici ölkələrdən (+994 50) 225 28 00 (zənglər ödənişlidir) telefon nömrələri vasitəsi ilə “Azərikard” prosessinq mərkəzinin 24 saat ərzində fəaliyyət göstərən Müştəri Xidmətləri bölməsinə müraciət edə bilər.
  • Mobil Bankda iş zamanı təhlükəsizliyi təmin etmək üçün bütün ötürülən məlumatlar şifrələnir. İcazəsiz telefon istifadəsini aradan qaldırmaq məqsədi ilə midlet xüsusi PİN-kodla təmin olunmuşdur.