Onlayn məsləhətçi
Qızıl pul vəsaitlərinin investisiyası və artırılması üçün əlverişli və cəlbedici vasitədir. Xalq Bankın qiymətli metal hesabı qiymətli metalın fərdi xüsusiyyətləri (külçələrin sayı, adı, əyarı, istehsalçının adı, seriya nömrəsi və s.) qeyd edilmədən qiymətli metalla (qızılla) müxtəlif əməliyyatlar aparmaq üçün nəzərdə tutulan bank hesabıdır. Bu hesabın qalığı qiymətli metal qram/troy unsiyası ilə göstərilir.

Qiymətli metal hesabı açdıqda, Bank alınan qiymətli metalı müştərinin hesabına Bank tərəfindən müəyyən edilən satış məzənnəsi əsasında daxil edir. Nağdsız şəkildə qiymətli metalın alış-satış məzənnələri daxili bazar şəraiti, Azərbaycan Mərkəzi Bankının uçot dərəcəsi və dünya bazarındakı tendensiyaya əsasən Bank tərəfindən müstəqil müəyyən edilir.
Nağdsız qiymətli metal hesabı açmaq üçün Xalq Bankın istənilən filialına gəlib hesabın açılması üçün şəxsiyyət vəsiqəsini təqdim etmək lazımdır.
Qeyd:
*Bank «Maliyyə hesabları barədə məlumatların avtomatik mübadiləsi haqqında səlahiyyətli orqanlar arasında Çoxtərəfli Razılaşma» çərçivəsində tətbiq edilən Ümumi Hesabatlılıq Standartına (Common Reporting Standard – CRS) uyğun məlumat mübadiləsinin həyata keçirilməsi məqsədilə müvafiq dövlətlərarası müqavilədə/sazişdə nəzərdə tutulan məlumatları həmin sənədlərlə müəyyənləşdirilən qaydada səlahiyyətli dövlət orqanına ötürmək hüququna malikdir. Bu məqsədlə müştəridən Anket formasının doldurulması tələb oluna bilər.
**Qızıl külçələrin satışı müvəqqəti olaraq dayandırılmışdır.