Onlayn məsləhətçi
Xalq Bank Card to Card köçürmə - pul vəsaitlərinin bir kartdan digər karta köçürülməsi - xidmətindən istifadə etməyi təklif edir.
Xalq Bank Card to Card köçürmə - pul vəsaitlərinin bir kartdan digər karta köçürülməsi xidmətindən istifadə etməyi təklif edir. Bu xidmət vasitəsilə Siz tez və rahat şəkildə pulunuzu bir kart hesabından digər kart hesabına köçürə bilərsiniz. Pul vəsaitləri istər müştərinin öz kart hesabları arasında, istərsə də digər şəxsin kart hesabına köçürülə bilər.
Kartdan karta pul vəsaitlərinin köçürülməsi Xalq Bankın Xalqbank-online, Mobil Bank xidmətləri, eləcə də Xalq Bankın geniş ATM şəbəkəsindən və ya AzəriKard prosessinq mərkəzinin xidmət etdiyi bankomatları vasitəsilə həyata keçirilə bilər.
Xidmətin üstünlüyü Banka gəlmədən pulunuzu istədiyiniz kart hesabına köçürmək imkanı verməsindədir.
Qeyd: Xidmət yalnız AzəriKard şəbəkəsinin daxilində xidmət olunan banklar tərəfində buraxılan kartlara aiddir.
Card to Card əməliyyatı üzrə vəsaitlərin köçürülməsi |
0.5%, min. 0.20 AZN/USD/EUR |
Əgər xaricdə olan qohum, ya dostunuzun kartına pul köçürmək istəyirsinizsə, Card to Card ilə həmin an pul karta oturacaq. Hər iki kart AzəriKard şəbəkəsində xidmət olunan bankların kartları olmalıdır.