Onlayn məsləhətçi

Bizə təklif və iradlarınızı bildirin

İş saatlarımız: Bazar ertəsi - Cümə, 09:00-18:00

Filliallar və bankomatlar

Filliallar və bankomatlar

Bizi tapmaq üçün ən asan yol

Kartlar üzrə xidmətlər

Cash by Code

Xalq Bank öz iş rejimindən asılı olmadan, günün istənilən vaxtı, plastik kartı olmayan digər şəxslərə ATM və Mobil Bank vasitəsilə pul köçürməyə imkan verir. 

Xalq Bankın iş rejimindən asılı olmadan, günün istənilən vaxtı plastik kartı olmayan digər şəxslərə Bankın geniş ATM şəbəkəsi və AzəriKard prosessinq mərkəzinin xidmət etdiyi bankomatlar və Mobil Bank  vasitəsilə pul köçürmək mümkündür.

Həmçinin, Siz digər bir şəxs tərəfindən göndərilən xüsusi bir şifrə ilə plastik karta gərək olmadan vəsaiti bankomatdan nağdlaşdıra bilərsiniz.

Pulu göndərmək üçün

Bankomat vasitəsilə - Cash by Code xidmətindən istifadə etmək üçün kartınızı bankomata daxil edərək menyudan Cash by Code düyməsini seçin, tələb olunan pəncərələrdə pulu alacaq şəxsin telefon nömrəsini və məbləği daxil edin, daha sonra valyutanı seçərək əməliyyatı təsdiqləyin. Bundan sonra sistem tərəfindən iki hissədən ibarət kod yaradılır. Bu kodun bir hissəsi pulu göndərən şəxs üçün çap olunur, digər hissəsi SMS vasitəsilə pulu alacaq şəxsin mobil nömrəsinə göndərilir.

Mobil Bank vasitəsilə - Mobil Bank menyusundan Cash by Code düyməsini seçin, məbləği və valyutanın növünü daxil edin və əməliyyatı təsdiqləyin. Bundan sonra ekranda gördüyünüz kodu pulu alacaq şəxsə bildirin.

Cash by Code vasitəsilə maksimal göndəriləcək məbləğ – 500 AZN/USD-dir.

Pulu almaq üçün

ATM-in əsas menyusundan Cash by Code düyməsini seçin, menyunu təqib edərək kodu, valyutanın növünü və məbləğini göstərin və pulunuzu ATM-dən götürün.

Xidmətin təhlükəsizliyi

Cash by Code vasitəsilə pul göndərmək və ya almaq üçün xüsusi koddan istifadə edilir. Həmin kodlar 24 saat ərzində aktiv olur və bərpa olunmur.

Əməliyyat üzrə göndərilən pul vəsaiti 24 saat ərzində bankomatdan məxaric edilmədikdə həmin əməliyyat ləğv olunur.

Tariflər

  • Bankomat vasitəsilə:

Vəsaitlər eyni bir bankın bankomatlarından göndərildikdə və  çıxarıldıqda, vəsaitləri köçürən şəxsin plastik kartından

  • Mobil Bank vasitəsilə:

Vəsaitlər ASC “Xalq” Bankının bankomatlarından çıxarıldıqda, vəsaitləri köçürən şəxsin plastik kartından

 

 

1 %

  • Bankomat vasitəsilə:

Vəsaitlər fərqli bankların bankomatlarından göndərildikdə və  çıxarıldıqda, vəsaitləri köçürən şəxsin plastik kartından

  • Mobil Bank vasitəsilə:

Vəsaitlər digər bankların bankomatlarından çıxarıldıqda, vəsaitləri köçürən şəxsin plastik kartından

 



1.5 %