Onlayn məsləhətçi
SMS-məlumatlandırma xidməti vasitəsilə Xalq Bankın müştəriləri öz kart hesabları haqda məlumatı Banka və ya bankomata müracət etmədən ala bilərlər.
SMS-məlumatlandırma xidməti vasitəsilə Xalq Bankın müştəriləri öz kart əməliyyatları haqda məlumatı Banka və ya bankomata müraciət etmədən ala bilər. Xidmətə qoşulan müştərinin mobil telefonuna kart hesabı üzrə apardığı əməliyyat barədə 24 saat ərzində məlumat daxil olur.
Bundan əlavə, əsas kartın sahibi həm də əlavə kartlar üzrə aparılan əməliyyatlar barədə informasiya almaq üçün bu kartları qeyd olunan xidmətə qoşa bilər. Xidmətə (əsas kartın sahibinin müraciəti əsasında) əlavə kartın sahibi qoşulduqda yalnız sahib olduğu əlavə kart üzrə aparılan bütün əməliyyatlar barədə məlumat ala bilər.
SMS-məlumatlandırma xidmətindən Azercell, Bakcell və Nar Mobile abunəçiləri olan Xalq Bankın plastik kart sahibləri istifadə edə bilər.
Qeyd:
Xalq Bankın plastik kart sahibləri SMS-məlumatlandırma sisteminə qoşulduqları halda onlara AzəriKard prosessinq mərkəzi tərəfindən kartın bitmə müddətinin yaxınlaşdığı haqda (son ayın 10-u tarixində) bildiriş SMS-i göndəriləcək.
Bankımızda "Sandıqça", "Proqress", "VİP-Rantye" və "Müddətli" əmanətlərini yerləşdirən müştərilərə SMS-məlumatlandırma xidməti pulsuz təqdim edilir.