XalqOnline mobil tətbiqi

Onlayn məsləhətçi

Bizə təklif və iradlarınızı bildirin

Sizə zəng edək?

Sizin sifariş uğurla göndərilib.

Bank yaxın vaxtlarda 9:00-dən 18:00-dək müddətdə sizinlə əlaqə saxlayacaq.

Filliallar və bankomatlar

Visa Infinite

Visa Infinite kartı sahibinə Visa International ödəniş sisteminin bütün imkan və imtiyazlarını təqdim edən yüksək statuslu ödəniş alətidir.

Bu kartlar kart sahibinin yüksək statusa malik olmasından xəbər verir. Visa Infinite kartı sahibləri dünyanın bütün ölkələrində təklif olunan eksklüziv xidmət və üstünlüklərdən yararlana bilərlər.

Ödəniş kartları ilə əməlliyatların tam təhlükəsizliyi üçün 3D Secure sistemindən istifadə edin

Tarif və limitlər

 

 

Ölkə xaricində kartın bloklanması (kart itirildiyi, oğurlandığı vəya yararsız hala düşdüyü zaman)

35 USD

Ölkə xaricində kartın təcili əvəzlənməsi

200 USD

Ölkə xaricində kart üzrə vəsaitlərin təcili nağdlaşdırılması

175 USD

Visa İnfinite kart sahibi üçün hava limanlarında “Lounge Key” proqramına daxil olan
müvafiq zalların istifadəsi (müştərinin özüvə onunla səyahət edən hər şəxsə görə)

32 USD

Nağdsız ticarətdə gündəlik limit

50 000 AZN,
30 000 USD/ EUR/GBP

ATM vasitəsilə nağd pulun çıxarılmasında gündəlik limit

15 000 AZN,
7500 USD/ EUR/GB

SMS məlumatlandırma xidməti

pulsuz

Visa Infinite kartının üstünlükləri

VISA Consierge xidməti

Visa Concierge xidməti dünyanın istənilən nöqtəsində, günün 24 saatı, həftənin 7 günü Visa Infinite müştərilərinə həm peşəkar məlumat dəstəyi, həm də sifarişlərin yerinə yetirilməsi üzrə özəl xidmətlər göstərir.

Visa Concierge haqqında daha ətraflı məlumat  burada.

 

Lounge Key xidməti

Bu xidmət bankın Visa Infinite kartlarının sahiblərinə dünyanın bir çox hava limanlarında ildə 6 dəfə yüksək komfortlu zallardan istifadə etmək imkanı verir və bilavasitə karta bağlıdır.

Lounge Key proqramı Bakı daxil olmaqla dünyanın bir çox şəhərlərinin hava limanlarında olan 1000 biznes-lounge zallarından yararlanmaq imkanı verən xidmətdir. Proqram aviaşirkətindən və biletinin sinfindən asılı olmayaraq müştərinin yüksək komfort  və rahat şəraitli məkanla təmin edir. Hava limanlarının biznes zallarını https://www.loungekey.com/visacisseeloungeprogram saytı vasitəsilə tapmaq olar.

Lounge Key xidmətindən istifadə etmək üçün tariflərlə tənzimlənən xidmət haqqını hava limanında Visa Infinite kartıı ilə ödəmək kifayətdir. Həmçinin, kart sahibi Visa Infinite üçün tariflərlə tənzimlənən xidmət haqqını ödəməklə Lounge Key zonasına öz qonağını da dəvət edə bilər.


Beynəlxalq səyahət sığortası

Visa İnfinite kart sahibinə və səyahətdə onu müşayiət edən ailə üzvlərinə Visa İnfinite müavinətlər proqramı üzrə lisenziyalaşdırılmış sığorta təşkilatı tərəfindən səyahət sığortası xidməti təqdim edilir.

 

Xüsusi endirimlər proqramı

Visa Infinite kartı sahibinə dünyanın aparıcı dəbdəbəli otellər şəbəkələrinin xüsusi proqramları, aparıcı avtomobil icarəsi bürolarında eksklüziv xidmət, müxtəlif tərəfdaş şəbəkələrində endirimlər təqdim edir.


Fast Track İnternational xidməti

Visa İnfinite kart sahibləri hava limanında qeydiyyat prosesini vaxt və puluna qənaət edərək keçə biləcəklər. Xidmət aşağıdakı hava limanlarında keçərlidir:

  • Bakı (GYD)
  • Minsk, Belarus (MSQ)
  • Kiev, Ukrayna (KBP)

Bu şəhərlərdə xidmətdən istifadə etmək üçün: müştərilər Visa Konserj çat botuna xidmətdən istifadə etmək istədiklərini yazır və onlar üçün xüsusi nümayəndə təyin olunur. Nümayəndə müştərini hava limanında qarşlayır və xidmətdən istifadəsi üçün köməklik göstərir.

  • İstanbul (IST);
  • Larnaka, Kipr Respublikası (LCA);
  • Milan-Malpensa, İtaliya (MXP);
  • Barselona, İspaniya (BCN).

Servisdən istifadə etmək üçün Visa Konsyerj çat botunu açın, Visa Travel menyusuna keçib Fast Track International düyməsinə toxunun. Daha sonra hava limanını seçin, lazımі məlumatları doldurun və Fast Track xidməti üçün tələb olunan QR kodlu PDF-faylı yükləyin.


Ətraflı məlumat: visa.com.az


Debet kartlar birdəfəlik illik xidmət haqqı ödənilməklə və ya kart hesabına ilkin mədaxil edilməklə əldə olunur.


Kart hesabında olan vəsaitləriniz sığortalanıb!

Kartlar üzrə xidmətlər burada!


XalqOnline mobil tətbiqi: IOS və Android