XalqOnline mobil tətbiqi

Onlayn məsləhətçi

Bizə təklif və iradlarınızı bildirin

Sizə zəng edək?

Sizin sifariş uğurla göndərilib.

Bank yaxın vaxtlarda 9:00-dən 18:00-dək müddətdə sizinlə əlaqə saxlayacaq.

Filliallar və bankomatlar

Visa Platinum

Visa Platinum kartları Bankın ən imtiyazlı müştəriləri üçün buraxılan kartlardır

Bu kartlar kart sahibinin yüksək status, rifah, nöqsansız maliyyə göstəricilərinə malik olmasından xəbər verir. Bu kart dünyanın bütün ölkələrində tanınır və qiymətləndirilir. Platinum kart sahibləri Visa İnternational sisteminin yalnız Visa Platinum sahibləri üçün Azərbaycandadigər ölkələrdə təklif olunan imtiyazlarından yararlana bilər.

Filial şəbəkəmiz

XalqOnline mobil tətbiqi: IOSAndroid

Ödəniş kartları ilə əməlliyatların tam təhlükəsizliyi üçün 3D Secure sistemindən istifadə edin

 

Visa Platinum kartını necə əldə etmək olar?

Hər bir şəxs Xalq Bankın Visa Platinum kartını əldə edib bu kartın üstünlüklərindən faydalana bilər. Bunun üçün Bankın istənilən filialına yaxınlaşıb təklif etdiyimiz "Visa Platinum kartının alınması üçün Ərizə"ni doldurmaq lazımdır.

Tarif və limitlər

Kartın qiyməti illik  (debit kart)

                          30 AZN

Kart hesabına ilkin mədaxil (debit kartı üçün)

Bakı/Sumqayıt şəh. - 1000 AZN/USD/EUR/GBP

Regionlarda  - 500 AZN/USD/EUR/GBP

Kartın qiyməti (kredit kartı)

Pulsuz

Kredit xəttinin maksimal məbləği

25 000 AZN/USD/EUR/GBP

Nağdsız ticarətdə gündəlik limit

25 000 AZN/USD/EUR/GBP

ATM vasitəsilə nağd pulun çıxarılmasında gündəlik limit 

7 500 AZN/USD/EUR/GBP

VISA Concierge xidməti

Visa Concierge xidməti dünyanın istənilən nöqtəsində, günün 24 saatı, həftənin 7 günü Visa İnfinite və Visa Platinum Müştərilərinə həm peşəkar məlumat dəstəyi, həm də sifarişlərin yerinə yetirilməsi üzrə özəl xidmətlər göstərir.

Visa Concierge haqqında daha ətraflı məlumat  burada

 

Lounge Key xidməti

Bu xidmət bankın Visa Platinum kartlarının sahiblərinə dünyanın bir çox hava limanlarında ildə iki dəfə yüksək komfortlu zallardan istifadə etmək imkanı verir və bilavasitə karta bağlıdır.

 

Lounge Key proqramı Bakı daxil olmaqla dünyanın bir çox şəhərlərinin hava limanlarında olan 1000 biznes-lounge zallarından yararlanmaq imkanı verən xidmətdir. Proqram aviaşirkətindən və biletinin sinfindən asılı olmayaraq müştərinin yüksək komfort  və rahat şəraitli məkanla təmin edir. Hava limanlarının biznes zallarını https://www.loungekey.com/visacisseeloungeprogram saytı vasitəsi ilə tapmaq olar.

 

Lounge Key xidmətindən istifadə etmək üçün dəyəri 32 dollar təşkil edən xidmət haqqını hava limanında Visa Platinum kartından ödəmək kifayətdir. Kart sahibi dəyərini ödəməklə Lounge Key zonasına öz qonağını da dəvət edə bilər.

 

Fast Track İnternational xidməti Avropa və Türkiyə hava limanlarında

Hava limanında qeydiyyat prosesini Visa Platinum və Visa İnfinite ilə keçərək vaxtınıza və pulunuza qənaət edin. Xidmətdən aşağıdakı hava limanlarında istifadə edə bilərsiniz:

  • İstanbul (IST);
  • Larnaka, Kipr Respublikası (LCA);
  • Milan-Malpensa (MXP), Milan-Berqamo (BGY),Roma-Fiumiçino (FCO) ,Roma-Çampino (CIA), İtaliya;
  • Barselona (BCN),Qran Kanariya (LPA),Palma (PMI),Alikante (ALC),Valensiya (VLC),Malaqa (AGP),İspaniya.

 

Servisdən istifadə etmək üçün Visa Konsyerj çat botunu açın, Visa Travel menyusuna keçib Fast Track İnternational düyməsinə toxunun. Daha sonra hava limanını seçin,lazımі məlumatları doldurun və Fast Track xidməti üçün tələb olunan QR kodlu PDF-faylı yükləyin.

 

Ətraflı məlumat: visa.com.az

 

Pulsuz transfer xidməti

 

Xalq Bankın Visa Platinum kart sahibləri Heydər Əliyev Beynəlxalq Aeroportuna (GYD) gediş/gəliş zamanı Bakı və Abşeron yarımadası hüdudlarında pulsuz transfer xidmətindən istifadə edə bilərlər.


Xidmətin sifarişi Visa Concierge çat-botu vasitəsilə həyata keçirilir. 


Təklif 28 fevral 2023-cü ilədək keçərlidir.

 

Xidmətdən istifadə etmək üçün:

 

  • Visa Concierge çat-botunda qeydiyyatdan keçdiyinizdən əmin olun;
  • “Aeroport transferi” menyusunda “Xidməti sifariş et” bölməsinə keçid edin;
  • qaydalarla tanış olun və qəbul edin;
  • reysin nömrəsini, tarixini, şəxslərin sayı, baqaj sayını, öz adınızı, soyadınızı və əlaqə nömrənizi qeyd edin;
  • sifarişin təsdiqi ilə bağlı bildirişi alın.

 

Visa Platinum kart sahibləri qeyd olunan xidmətdən il ərzində 2 dəfə yararlana bilərlər.

 

Pulsuz COVİD-19 testi

 

Visa Platinum ödəniş kart sahibləri il ərzində 2 dəfə COVID-19 testindən pulsuz istifadə edə bilərlər. 

Təklif 28.02.2023-cü il tarixədək keçərlidir.

 

Debet kartlar birdəfəlik illik xidmət haqqı ödənilməklə və ya kart hesabına ilkin mədaxil edilməklə əldə olunur.

 

Kart hesabında olan vəsaitləriniz sığortalanıb!

Kartlar üzrə xidmətlər burada!