Onlayn məsləhətçi
Rahatlığınızı düşünür, vaxtınızın qədrini bilirsinizsə Sizə hava limanlarında yerləşən MasterCard biznes-zallarını ziyarət etməyi təklif edirik
World MasterCard Black Edition Premium kartlarının sahibləri Moskva, Sankt-Peterburq, Vyana, Praqa, Budapeşt, Buxarest, Kiyev Tbilisi və Batumi şəhərlərinin Beynəlxalq hava limanlarında yerləşən MasterCard biznes-zallarına giriş imtiyazından istifadə edə bilərlər.
MasterCard biznes-zallarına giriş, qonaqların biznes zallardan istifadə etmə şərtləri, zalların dəqiq yerləşdiyi məkandan daha ətraflı məlumat əldə etmək üçün saytdakı kitabçaya baxın.
QEYD: Şeremetyevo (Moskva),Pulkovo (Sankt-Peterburq) Beynəlxalq hava limanlarında yerləşən biznes-zallara giriş üçün 1500 rubl ödəniş tələb olunur (başka vir məzənnənin ekvivalentində)
Budapeşt |
Ferenc List adına beynəlxalq hava limanında yerləşən MasterCard Lounge biznes zalı. Biznes-zal birinci mərtəbədə SkyCourt terminalında yerləşir. SkyCourt terminalına daxil olmaq üçün Duty-Free mağazasından keçib sağa dönüb yuxarı qalxmaq lazımdır. Mövcud xidmətlər: yemək və içkilər, qəzet, Wi-Fi, iş masası, printer, televizor. |
Buxarest |
Anri Koand adına beynəlxalq hava limanında yerləşən MasterCard Lounge biznes zalı. Biznes zal birinci mərtəbədə beynəlxalq uçuşlar zalında yerləşir. |
Vyana |
Şvehat beynəlxalq hava limanında yerləşən JET Lounge (SCH) | AIR Lounge (NSCH) biznes zalları. JET Lounge Biznes-zalı şengen vizası olan vətəndaşlar üçün nəzərdə tutulub və terminalın qərb hissəsində , nəzarət zonasından sonra yerləşir. AIR Lounge Biznes-zalı şengen vizası olmayan vətəndaşlar üçün nəzərdə tutulub və terminalın şərq hissəsində, nəzarət zonasından sonar yerləşir. Mövcud xidmətlər:soyuq və isti qəlyanaltılar, alkoqollu və adi içkilər beynəlxalq qazetlər və jurnallar, Wi-Fi, duş kabinalar, kondisioner,kompyüterlərlə təchiz olunmuş biznes-zona,siqaret çəmkək üçün xüsusi yer və əlillər üçün xüsusi giriş. |
Kiyev |
Borispol Beynəlxalq hava limanında yerləşən MasterCard Lounge biznes-zalı Biznes zal D terminalında pasport nəzarəti zonasının arxasında 3-cü mərtəbədə yerləşir. Əlverişli xidmətlər: qəlyanaltılar, alkoqollu və adi içkilər,Ukrayna və beynəlxalq qazeti, kompyuterlər, printer,faks,Wi-Fi, duş kabinalar, konfrans zalı, siqaret çəmkək zonası |
Praqa |
Vaclav Qavel adına beynəlxalq hava limanda yerləşən birinci terminalda MasterCard Lounge biznes zalı. Mövcud xidmətlər: qəlyanaltılar, Duty-Free mağazası,televizor, Wi-Fi,konolar kolleksiyası,istirahət zonası,xəbərlər lövhəsi,uşaq meydançası. |
Tiflis |
Şota Rustaveli adına beynəlxalq hava limanında yerləşən MasterCard Lounge binzes zalı 6 yaşadək uşaqlar valideyinlərin nəzarəti altında zala pulsuz daxil ola bilərlər. Digər qonaqlar zala daxil olması üçün 50 € ödənilməlidir. Mövcud xidmətlər: snek-bar, alkoqol və adi içkilərin geniş çeşidi, internet,qəzet və jurnallar. |
Batumi |
Batumi beynəlxalq havalimanında yerləşən Mastercard Lounge biznes zalı. 6 yaşadək uşaqlar valideyinlərin nəzarəti altında zala pulsuz daxil ola bilərlər. Digər qonaqların zala daxil olması üçün 50 € ödənilməlidir. Mövcud xidmətlər: snek-bar, alkoqol və adi içkilərin geniş çeşidi, internet,qəzet və jurnallar. |
Moskva* |
Şeremetyevo hava limanında yerləşən MasterCard biznes zalı. MasterCard premium kartlarının sahibləri MasterCard biznes zalına E terminalının uçuş zonasından daxil ola bilərlər World MasterCard Black Edition® kartının sahibləri üçün zala birdəfəlik girişin qiyməti 1500 rubl* təşkil edir. İki yaşadək uşaqlara kartın sahibi ilə birlikdə zala daxil olmaya mehdudiyyət qoyulmur. Digər qonaqların keçməsi üçun elavə 1500 rubl ödəniş olunmalıdı, 2 yaşdan 12 yaşadək uşaqlar üçün giriş 50% ödənilməlidir. Kart sahibi ilə bir nəfər böyük və iki nəfər 12 yaşadək uşaq keçirə bilərsiniz. İki yaşadək uşaqlar üçün giriş pulsuzdur. |
Sankt-Peterburq* |
Polkovo hava limanında yerləşən MasterCard biznes zalı. World MasterCard Black Edition® kartının sahibləri üçün zala birdəfəlik girişin qiyməti 1500 rubl* təşkil edir. İki yaşadək uşaqlara kartın sahibi ilə birlikdə zala daxil olmaya mehdudiyyət qoyulmur. Digər qonaqların keçməsi üçun elavə 1500 rubl ödəniş olunmalıdı, 2 yaşdan 12 yaşadək uşaqlar üçün giriş 50% ödənilməlidir. Kart sahibi ilə bir nəfər böyük və iki nəfər 12 yaşadək uşaq keçirə bilərsiniz. İki yaşadək uşaqlar üçün giriş pulsuzdur. |