Kreditin məbləği
Minimal məbləğ: 500 AZN
Maksimal məbləğ: 50 000 AZN
Müddət
2-12 ay
Komissiya
0.1% (min. – 10 AZN,
maks. – 1 000 AZN)
Faiz dərəcəsi
16 - 20%
Təminat
Bir fiziki və ya hüquqi
şəxsin zaminliyi
Daşınmaz əmlakın girovu
Borcalana və zaminə qarşı tələblər
Yaş həddi |
Qadınlar üçün - 65 yaşadək Kişilər üçün - 65 yaşadək |
Son iş yerində minimal əmək stajı |
6 ay |
Digər tələblər |
Borcalanın mənfi kredit tarixçəsinin olmaması |
Zamin hüquqi şəxs olduqda yuxarıda göstərilən tələbdən əlavə, zaminin bütün cari hesabları üzrə ümumi pul dövriyyəsinin məbləği son 12 ay ərzində rübdə 15 000 AZN-dən az olmamalıdır.
Borcalan və zamin (fiziki şəxs) tərəfindən tələb olunan sənədlər
- Borcalanın kredit sifarişi (Bank tərəfindən təsdiq edilmiş formada);
- Borcalan və Zaminin (zaminlik rəsmiləşdirildikdə) şəxsiyyətini təsdiq edən sənədlər (şəxsiyyət vəsiqəsi və ya onu əvəz edən sənədlər);
- Borcalanın və Zaminin gəlirləri haqda arayış:
- Şəxs muzdlu işçidirsə: tutduğu vəzifə və faktiki gəlirləri haqda iş yerindən arayış
- Şəxs fərdi sahibkardırsa: dövlət qeydiyyatı haqda şəhadətnamənin surəti və vergi orqanının qeydi ilə son 2 rüb üzrə bəyannamə
- Hərbi xidmət haqqında sənəd (18 - 26 yaş arası olan kişilər üçün).
Hüquqi şəxs olan zamin tərəfindən təqdim edilən sənədlər
- Hüquqi şəxsin hüquqi sənədləri;
- Son 12 ay ərzində bank hesablarından çıxarış (aylara bölünməklə);
- Ali idarəetmə orqanının qərarı - iclas protokolu.
Kreditin təmin olunması ilə bağlı qərar qəbul etmək üçün Bank əlavə məlumat, eləcə də bu məlumatı təsdiq edən zəruri sənədləri tələb etmək hüququna malikdir.