Akkreditiv

Ödəniş növlərindən biri olan akkreditiv çevikliyi və təhlükəsizliyi ilə fərqlənir. Əsasən beynəlxalq ticarətdə istifadə edilən bu məhsul yerli ticarət ödənişləri üçün də yararlıdır. Beləki, Alıcının (Aplikant) adından Satıcının (Benefisiar) xeyrinə açılmış akkreditiv üzrə tələb olunan uyğun sənədlər Satıcı tərəfindən Banka (Emitent bank) təqdim edildikdən sonra akkreditiv üzrə ödəniş həyata keçirilir.

ASC “Xalq” Bankı Sizə aşağıdakı akkreditiv növlərini təklif edir:

  • Təsdiqli akkreditiv (Confirmed LC)
  • Təsdiqsiz akkreditiv (Unconfirmed LC)
  • Rezervli akkreditiv (Standby LC)
  • Köçürülə bilən akkreditiv (Transferable LC)
  • Qarşılıqlı akkreditiv (Back-to-back LC)
  • Bərpa olunan akkreditiv (Revolving LC)

 

Akkreditivin ticarətiniz üçün faydaları:

Alıcı üçün:

  • Satıcı tərəfindən müqavilə üzrə öhdəliklərin icrasından və uyğun sənədlərin təqdimatından sonra ödənişin edilməsi;
  • Yeni bazarlarda təhlükəsiz ticarət əlaqələrinin qurulması;
  • Akkreditiv şərtlərinin müqavilə şərtlərinə uyğunlaşdırılması;
  • Ödənişin sənədlər təqdim edildikdə və ya təxirə salınmış gələcək bir zamanda ödənilməsi imkanı.

Satıcı üçün:

  • Ödənişin Bank tərəfindən vaxtında icra ediləcəyinə əminlik;
  • Satıcının razılığı olmadan akkreditivin ləğv edilməzliyi;
  • Yeni bazarlarda təhlükəsiz ticarət əlaqələrinin qurulması;
  • Məhsul/xidmət əvvəli maliyyələşmə təminatı kimi istifadə imkanı.

ASC “Xalq” Bankı müştərilərinə akkreditiv üzrə aşağıdakı xidmətləri göstərir:

  • Akkreditivin açılması, avizosu, təsdiqi, köçürülməsi və digər əməliyyatlar;
  • Həm ASC “Xalq” Bankının, həm də müştərinin vəsaiti hesabına akkreditivin açılması;
  • Kağız və elektron (SWIFT) daşıyıcıda akkreditivin təqdimatı;
  • Nüfuzlu beynəlxalq banklar vasitəsilə akkreditivin təsdiqi, avizosu və digər əməliyyatlar;
  • Fərdi akkreditiv formalarının tərtibi;
  • Akkreditiv üzrə tam məsləhət.

Akkreditivlər üzrə tariflərə burada baxa bilərsiniz.

Akkreditiv