Qiymətli metal hesabı
Xalq Bank Sizə qiymətli metal hesabının açılması və əməliyyatların aparılması üzrə xidmətləri təklif edir.
Qızıl, pul vəsaitlərinin investisiyası və artırılması üçün əlverişli və cəlbedici vasitədir. Xalq Bankın qiymətli metal hesabı qiymətli metalın fərdi xüsusiyyətləri (külçələrin sayı, adı, əyarı, istehsalçının adı, seriya nömrəsi və s.) qeyd edilmədən qiymətli metalla (qızılla) müxtəlif əməliyyatlar aparmaq üçün nəzərdə tutulan bank hesabıdır. Bu hesabın qalığı qiymətli metal qram/troy unsiyası ilə göstərilir.
Qiymətli metal hesabı açdıqda Bank alınan qiymətli metalı müştərinin hesabına Bank tərəfindən müəyyən edilən satış məzənnəsi əsasında daxil edir. Nağdsız şəkildə qiymətli metalın alış-satış məzənnələri daxili bazar şəraiti Azərbaycan Mərkəzi Bankının uçot dərəcəsi və dünya bazarındakı tendensiyaya əsasən Bank tərəfindən müstəqil müəyyən edilir.
Xalq Bankın qiymətli metal hesabının üstünlükləri:
-
Bu hesab qızılın dəyərinin artması hesabına gəlir əldə etmək imkanı verir. Hazırda qızıl, pul vəsaitlərinin investisiyası üçün ən sərfəli vasitələrdən biridir;
-
Nağdsız qiymətli metal hesabına görə ƏDV ödənilmədiyindən bu hesab müştərilər üçün sərfəli və cəlbedicidir;
-
Qızıl külçələrinin alınmasından fərqli olaraq nağdsız qiymətli metal hesabı açdıqda seyf icarə etməyə ehtiyac olmur;
-
Pul vəsaitlərini qiymətli metal hesabına yatırmaqla arzuolunmaz valyuta risklərindən azad olursunuz.
Nağdsız qiymətli metal hesabı açmaq üçün Xalq Bankın istənilən filialına gəlib hesabın açılması üçün tələb olunan sənədləri təqdim etmək lazımdır.
Qiymətli metal hesabının açılması və aparılması şərtləri:
-
Hesabın açılmasına görə komissiya – yoxdur
-
Hesaba minimal mədaxil – yoxdur
-
Hesabda minimal qalıq – yoxdur
-
Hesabın qalığına faizlərin hesablanması – yoxdur
-
Hesabdan qızılın (fiziki formada) verilməsi – icazə verilmir
-
Hesabın bağlanmasına görə komissiya - yoxdur
Qiymətli metal hesabı ilə aşağıdakı əməliyyatları həyata keçirə bilərsiniz:
-
Əlverişli məzənnə ilə qızılın alqı-satqısını həyata keçirmək və bundan gəlir əldə etmək;
-
Məhdudiyyət olmadan hesabın balansını artırmaq;
-
Qızılın bir hesabdan digər Bankda olan qızıl hesabına köçürülməsi üzrə əməliyyatlar aparmaq;
-
Əlavə xərclər olmadan hesabı bağlamaq.
Qeyd:
*Bank «Maliyyə hesabları barədə məlumatların avtomatik mübadiləsi haqqında səlahiyyətli orqanlar arasında Çoxtərəfli Razılaşma» çərçivəsində tətbiq edilən Ümumi Hesabatlılıq Standartına (Common Reporting Standard – CRS) uyğun məlumat mübadiləsinin həyata keçirilməsi məqsədilə müvafiq dövlətlərarası müqavilədə/sazişdə nəzərdə tutulan məlumatları həmin sənədlərlə müəyyənləşdirilən qaydada səlahiyyətli dövlət orqanına ötürmək hüququna malikdir. Bu məqsədlə müştəridən Anket formasının doldurulması tələb oluna bilər.
**Qızıl külçələrin satışı müvəqqəti olaraq dayandırılmışdır.