Sənədli əməliyyatlar

Beynəlxalq və yerli ticarətin maliyyələşdirilməsi üzrə ən yayılmış alətlərdən biri də sənədli əməliyyatlardır. Özündə bir neçə məhsulu birləşdirən sənədli əməliyyatların əsas məqsədi ticarətinizin təhlükəsiz inkişafına şərait yaratmaqdır.

Ticarətin maliyyələşdirilməsi sahəsində böyük təcrübəyə malik olan ASC “Xalq” Bankı peşəkar işçi heyəti ilə Sizin yanınızda yer alır və ticarətin maliyyələşdirilməsi üzrə bir sıra xidmət və məhsulları təklif edir.

Faydalar:

  • Risklərin azaldılması
  • Dövriyyə kapitalının artırılması
  • Ödəniş təhlükəsizliyinin təmin olunması
  • Ticarətinizə uyğun maliyyələşmənin əldə edilməsi

ASC “Xalq” Bankı ilə əməkdaşlığın üstünlükləri:

  • Sürətli və operativ xidmət
  • Məsələlərin müştəri yönümlü həlli
  • Peşəkarlar tərəfindən tam məsləhət xidmətləri
  • Nüfuzlu beynəlxalq banklar vasitəsilə beynəlxalq məhsulların mümkünlüyü
  • Hər dəfə ticarətinizə uyğun məhsulun təklifi və hazırlanması

Akkreditiv – Bir ödəniş növü olub, beynəlxalq və yerli ticarətdə hesablaşma forması kimi istifadə edilir.

Bank qarantiyası – Bank tərəfindən verilən yazılı təminat formasıdır və öhdəliklərin icrası üçün istifadə olunur.

İnkasso – Ödəniş növlərindən biri olub, əsasən yaxşı qurulmuş əlaqələri olan tərəfdaşlar tərəfindən istifadə edilir.

Xalq Bankın sənədli əməliyyatlar xidməti ilə biznesiniz üçün rahat və əlverişli həllər tapın:

Akkreditiv

Bank Qarantiyası

Inkasso

Sənədli əməliyyatlar