Toplu ödənişlər

Toplu ödəniş - bir fayl daxilində çox sayda ödənişi bir addımda yaratmaq imkanı verən XalqOnline funksionalıdır.
Toplu ödənişlər maliyyə proseslərini avtomatlaşdırır və sadələşdirir, adi əməliyyatlara sərf olunan vaxtı və səyləri minimuma endirir.


Vaxta və resurslara qənaət: Hər bir tranzaksiyanı ayrıca tamamlamaq əvəzinə, toplu ödənişlər sizə bir neçə dəqiqə ərzində çox sayda  ödəniş tapşırığını emal etməyə imkan yaradır.
 

Səhvlərin azaldılması: Proseslərin avtomatlaşdırılması səhvlərin riskini minimuma endirməyə kömək edir, nəticədə daha dəqiq maliyyə əməliyyatları aparılır.

Hesabatların sadələşdirilməsi: Bütün əməliyyatlar vahid formatda qeydə alınır, bu da öz növbəsində hesabatların hazırlanmasını asanlaşdırır.

Toplu ödəniş vasitəsi ilə hansı növ ödənişləri yaratmaq mümkündür?

  • Ölkədaxili, bankdaxili, büdcə və ƏDV ödənişləri.
  • Ənənəvi kanallar və ya AÖS vasitəsilə aparılan ödənişlər.
Toplu ödənişlər