Ticarət platforması
XalqOnline sistemində mövcud olan platforma Bankın korporativ müştərilərinin valyuta alqı-satqı əməliyyatlarını sürətli və rahat şəkildə icra etməyə imkan yaradan müasir rəqəmsal bank xidmətidir.
- Məzənnənin izlənilməsi: korporativ müştərilər Bankın təyin etdiyi gündəlik məzənnələrə baxmaq, ona maraqlı valyuta cütlüklərini təyin edərək məzənnələri izləmək və sərfəli şərtlərlə əqd bağlamaq imkanı əldə edir.
- Sürətli emal: platforma üzərindən Banka göndərilən valyuta mübadiləsi sorğusu bir neçə dəqiqə ərzində onlayn rejimdə cavablandırılır.
- Məzənnə təklifləri: müştəri, həmçinin alqı-satqı əməliyyatı üçün Banka öz məzənnə təklifini göndərə və onlayn cavab gözləyərək vaxt itirmədən əqdi bağlaya bilər.
- Xüsusi təkliflər: bank real vaxt rejimində güzəştli məzənnə ilə konvertasiya əməliyyatlarının aparılması üçün xüsusi təkliflər verə bilər
Xidmətdən yararlanmaq üçün heç bir əlavə yükləmə və ya qoşulma tələb edilmir. Müştəri kompüter və ya mobil telefondan XalqOnline sistemindəki kabinetinə daxil olaraq müvafiq bölməyə keçid etməklə əməliyyatlara başlaya bilər.