Hesablaşma-kassa xidmətləri

Bankımızda bütün xidmətlər ən yüksək standartlara uyğun həyata keçirilir. Biz Azərbaycan Respublikasında fəaliyyət göstərən rezident və qeyri-rezident olan hüquqi şəxslərə və fərdi sahibkarlara aşağıdakı xidmətlərdən faydalanmağı təklif edirik:

  • hesabların açılması (müxtəlif valyutalarda);

  • ölkəxarici və ölkədaxili köçürmələr;

  • hesablara nağd və nağdsız vəsaitlərin mədaxili və məxarici;

  • valyutanın alışı və satışı;

  • konsultasiya xidmətləri;

  • vəsaitlərin inkassasiyası.

Xalq Bankda hüquqi şəxslərin xidmət edilməsinə fərdi yanaşılır. Bank Sizə hesablaşma hesabda minimal qalığın saxlanılmasını tələb etmir və ödəmələri cari əməliyyat günü ərzində saat 16:00-a qədər icra edir. Bu da Sizə kontragentlərinizlə daha operativ əməkdaşlığa imkan yaradır.

Bütün əməliyyatlara görə komissiyon haqları qüvvədə olan tariflərə əsasən tutulur.

Sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərin bank hesablarının açılması üçün tələb olunan sənədlərin siyahısı ilə burada tanış ola bilərsiniz.

Hüquqi şəxslər tərəfindən bank hesablarının açılması üçün tələb olunan sənədlərin siyahısı ilə burada tanış ola bilərsiniz.

Banklar tərəfindən müxbir hesabların açılması üçün tələb olunan sənədlərin siyahısı ilə burada tanış ola bilərsiniz.

Qeyd:

1. Bank «Maliyyə hesabları barədə məlumatların avtomatik mübadiləsi haqqında səlahiyyətli orqanlar arasında Çoxtərəfli Razılaşma» çərçivəsində tətbiq edilən Ümumi Hesabatlılıq Standartına (Common Reporting Standard – CRS) uyğun məlumat mübadiləsinin həyata keçirilməsi məqsədilə müvafiq dövlətlərarası müqavilədə/sazişdə nəzərdə tutulan məlumatları həmin sənədlərlə müəyyənləşdirilən qaydada səlahiyyətli dövlət orqanına ötürmək hüququna malikdir. Bu məqsədlə müştəridən Anket formasının doldurulması tələb oluna bilər.

2. Xalq Bank ölkə xaricinə iş və xidmətlərin ixracatçılarının nəzərinə çatdırır ki, Azərbaycan Respublikası Prezidentinin 10.02.2017-ci il tarixli 1233 nömrəli Fərmanı ilə “Azərbaycan Respublikasında idxal-ixrac əməliyyatlarının tənzimlənməsi Qaydaları”na konsiqnasiya yolu ilə ixrac edilən malların (işlərin, xidmətlərin) müqabilində vəsaitlərin hüquqi və fiziki şəxslərin Azərbaycan Respublikasındakı müvəkkil banklarda olan hesablarına köçürülməsinin təmin olunmasına dair müddəalar əlavə edilmişdir.

Bununla da Bank tərəfindən konsiqnasiya yolu ilə ixrac edilən malların (işlərin, xidmətlərin) müqabilində bank müştərisinin hesabına vəsaitlərin mədaxil olunduğu zaman bu barədə məlumatın müvafiq dövlət orqanına bildirilməsi zərurəti meydana gəlmişdir. Bu məqsədlə müvafiq vəsaitin mədaxil olunması ilə bağlı məlumat Bank tərəfindən
Elektron Hökumət Portalına (www.e-gov.az) daxil ediləcəkdir.

Hesablaşma-kassa xidmətləri