QR və Linklə ödəniş
Linklə ödəniş
E-link – ödənişlərin qəbulu üçün innovativ həlldir. XalqOnline-nin təqdim etdiyi E-link xidməti şirkətlər, sahibkarlar və onların müştərilərinə ödənişləri onlayn qaydada sürətli və rahat həyata keçirmək imkanı yaradır.
E-link xidmətimizdən istifadə edərək, istənilən kanallar vasitəsilə müştərilərə göndərəcəyiniz unikal ödəniş linki yarada bilərsiniz. Bu həll qeydiyyat və ya əlavə addımlar tələb etmədən ödəniş prosesini sadələşdirərək, hər iki tərəf üçün təhlükəsiz edir.
Üstünlüklər:
• Rahatlıq
• Təhlükəsizlik
• Vaxta qənaət
“Linklə ödəniş” xidmətindən bütün satış və xidmət sahələrinin hüquqi şəxsləri və sahibkarları, o cümlədən, sosial media platformaları üzərindən onlayn ticarət ilə məşğul olan şəxslər faydalana bilər. Bunun üçün Xalq Bankda hesab açmaq və xidmətdən XalqOnline sistemi üzərindən yararlanmaq kifayətdir.
QR-la ödəniş
Biznes üçün müasir və rahat nağdsız ödəniş üsullarından olan QR kodla ödəniş xidmətindən XalqOnline vasitəsilə yararlana bilərsiniz.
Xidmətdən istifadə edən biznes sahibləri POS-terminal vasitəsilə və ya XalqOnline tətbiqi üzərindən QR kodu oxudaraq satış zamanı ödənişləri rahat şəkildə qəbul edə bilər. Ödənilmiş məbləğ real rejimdə təsərrüfat subyektinin Xalq Bank hesabında əks olunur ki, bu da həmin vəsaitlərdən dərhal istifadə edilməsini mümkün edir.
Biznesinizin maliyyə əməliyyatlarını elə bu gündən optimallaşdırmağa başlayın!
