Inkasso
Ticarətdə istifadə edilən ödəniş növlərindən biri də inkassodur. Belə ki, bu zaman ödəniş Alıcının adından Satıcının xeyrinə açılmış inkasso üzrə tələb olunan sənədlər Satıcı tərəfindən Banka təqdim edildikdən sonra aparılır.
Akkreditiv ilə müqayisədə inkasso daha az xərc tələb edir və eyni zamanda daha az etibarlı sənədli əməliyyat növüdür. Bu səbəbdən də əsasən yaxşı qurulmuş əlaqələri olan tərəfdaşlar tərəfindən istifadə olunur.
İnkasso zamanı veksellerin istifadəsi də geniş yayılmış bir adətdir.
İnkassonun ticarətiniz üçün faydaları:
- Alıcı olduğunuz zaman, sənədlər təqdim olunmadan ödəniş icra edilmir;
- Satıcı olduğunuz zaman, inkasso banka güzəşt edilə bilər;
- Ödənişin edilməsində Bank dəstəyi;
- Sadə, sürətli və az xərcli.
ASC “Xalq” Bankı müştərilərinə inkasso üzrə aşağıdakı xidmətləri göstərir:
- İnkassonun açılması, avizosu və digər əməliyyatlar;
- Həm ASC “Xalq” Bankının, həm də müştərinin vəsaiti hesabına inkassonun açılması;
-
İnkasso üzrə tam məsləhət.
Inkasso üzrə tariflərə burada baxa bilərsiniz.