XalqOnline mobil tətbiqi

Onlayn məsləhətçi

Bizə təklif və iradlarınızı bildirin

Sizə zəng edək?

Sizin sifariş uğurla göndərilib.

Bank yaxın vaxtlarda 9:00-dən 18:00-dək müddətdə sizinlə əlaqə saxlayacaq.

Filliallar və bankomatlar

Özünüməşğulluq proqramı

Xalq Bank özünüməşğulluq proqramında fəal iştirak edir

ASC “Xalq” Bankı əhalinin sosial müdafiəyə xüsusi ehtiyacı olan qismi arasında özünüməşğulluğun təşkili istiqamətində həyata keçirilən dövlət proqramı çərçivəsində həyata keçirilən tədbirləri dəstəkləməkdə davam edir. Layihənin əvvəlindən Bank Cəlilabad, Gəncə, Göyçay, Lənkəran, Mingəçevir, Neftçala, Qazax, Quba, Şabran, Şamaxı, Şəki, Şirvan, Tovuz, Xaçmaz, Yevlax,

Zaqatala, Ağsu , Ağdaş, Oğuz, Qusar, Ağdam, Beyləqan, İmişli, Bərdə, Fizuli, Şəmkir, Astara,  İsmayıllı, rayonları, Mingəçevir, Sumqayıt, Gəncə və Bakı şəhərlərində  işsiz şəxslərə, aztəminatlı ailələrə və məcburi köçkünlərə 85-dən çox kiçik biznes və təsərrüfatların qurulması üçün əvəzsiz olaraq material, avadanlıq və digər aktivlər təqdim edilib.

Bankın proqrama dəstəyi sayəsində bölgələrdə arıçılıq; quşçuluq; un məmulatları istehsalı, tekstil,  mebel və plastik qapı-pəncərə istehsalı; avtomobil təmiri; heyvandarlıq təsərrüfatlarının; foto studiya və gözəlik salonlarınin yaradılması mümkün olub.

Özünüməşğulluq proqramı eyni vaxta bir neçə makro məqsədlər istiqamətində parallel nəticələrin əldə edilməsinə imkan yaradır. Özünüməşğulluq proqramının ailə büdcəsinin dayanıqlı gəlir mənbələri hesabına formalaşması; mikro və kiçik sahibkarlığın inkişafı; yeni iş yerlərinin yaradılması və işsizlik səviyyəsinin azaldılması; dövlət vəsaitlərinin xərclənməsində səmərəliliyin artırılması; yoxsulluq səviyyəsinin azaldılması; iqtisadiyyatda inkluzivliyin gücləndirilməsi  kimi üstün tərəflərini  qeyd etmək olar.

Qeyd edək bu tədbirlər, Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi, Azərbaycan Respublikasının Mərkəzi Bankı və Azərbaycan Banklar Assosiasiyası arasında həssas əhali qruplarının özünüməşğulluğunun təşkilinə köməklik göstərilməsi sahəsində əməkdaşlığa dair Memorandum çərçivəsində həyata keçirilir.