Onlayn məsləhətçi
XalqOnline – Xalq Bankın yenilənmiş internet bank sistemidir!
Xalq Bank müştərilərinə ən müasir texnoloji həllər əsasında qurulmuş XalqOnline internet bankçılıq sistemini təqdim edir. Bankın filiallarında müştəriyə təklif olunan bank xidmət və məhsullarından distant və təhlükəsiz şəkildə, 24/7 rejimində XalqOnline sistemi vasitəsilə yararlanmaq mümkündür.
Banka gəlməyə, tıxac və növbələrdə vaxt itiməyə ehtiyac yoxdur, internet olan hər yerdə müasir, geniş imkanlara malik bank texnologiyasından rahatlıqla istifadə edə bilərsiniz.
Rahat, çevik və sürətlidir!
Yenilənmiş sistem fiziki və hüquqi şəxslərə bir platforma daxilində xidmət göstərir. Siz şəxsi kabinetinizi yaratmaqla buradan həm fərdi, həm də korporativ hesablarınızı idarə edə bilərsiniz.
XalqOnline dünyanın istənilən nöqtəsindən ölkədaxili və beynəlxalq pul köçürmələri, kommunal ödənişlər, konvertasiya, əməkhaqqı ödənişləri, şəxsi və korporativ kartlar üzrə əməliyyatlar, şablonlar və öncə edilən ödənişləri təkrarlamağa, ödənişlərin toplu şəkildə həyata keçirməyə, həmçinin, hesab qalığı və əməliyyatlar üzrə çıxarışlar əldə etməyə imkan verir.
XalqOnline tapşırığınıza əsasən dövri ödənişləri icra etməklə, kommunal xidmətləri ödəməklə, hesablara nəzarət etmək və xərcləri optimallaşdırmaqla Sizin vaxtınıza və pulunuza qənaət edir!
Təhlükəsizdir!
XalqOnline-da müasir texnologiyalar, rəqəmsal identifikasiya alətləri və məlumatların şifrələnməsi sayəsində bütün əməliyyatlar tam təhlükəsizdir. Bank hüquqi şəxslər və sahibkar fiziki şəxslərin eləcə də onların nümayəndələrinin XalqOnline-dən istifadə səlahiyyətlərini tam nəzarətdə saxlayır.
Pulsuzdur!
XalqOnline sisteminə qoşulma və istifadə pulsuzdur
XalqOnline sistemi istifadəçilərə bu üstünlükləri verir:
Xalq Online ilə artıq bir çox bank əməliyyatlarınızı bir kabinetdən idarə edə bilərsiniz. Yenilənmiş sistemdə aşağıdakı funksional imkanlar mövcuddur:
Hesablar üzrə:
Kreditlər üzrə:
Ödəniş kartları üzrə:
Əməliyyat növləri:
XalqOnline sisteminə daxil ol: